Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 3 gün əvvəl Elshad Iman (Elşad İman) (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu səhifənin neytrallığı şübhə doğurur. Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir. Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
Əminə Kazımova (8 mart 1988, Gədəbəy) - azərbaycanlı teleaparıcı, jurnalist.
Əminə Kazımova | |
---|---|
Doğum tarixi | 8 mart 1988 (35 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalist |
Təhsili |
1988-ci il martın 4-də Gədəbəy rayonunda anadan olub.
2005-ci ildə Bakı şəhəri Xətai rayonundakı 171 saylı orta məktəbi bitirib, həmin il BDU-nun Jurnalistika fakultəsinə daxil olub.
Tələbəlik illərində bir neçə qəzet və jurnalda yazıları dərc olunub ("Ekspress" qəzeti, "Aysel" jurnalı və s.).
Universitetin sonuncu kursunda ANS telekanalında bir aylıq kurs keçdikdən sonra ATV telekanalında çalışmağa başlayıb (2009-cu ilin dekabrından).
2009-2015-ci illərdə ATV-də "Şarm" verilişində müxbir və aparıcı kimi fəaliyyət göstərib.
2015-ci ildə həmçinin bir mövsümlük yarışma proqramı olan "Gözəlliyin sirri" verilişinin aparıcısı olub. Bu veriliş "MZ production"ın efir məhsulu olub və Space TV-də yayımlanıb[1].
2015-ci ildən CBC Sport idman kanalının aparıcısıdır.
Maraqlıdır ki, bu kanalın efirində "ilk salam"ı məhz o deyib. Belə ki, Əminə Kazımova 2015-ci il oktyabrın 1-də "CBC Sport info" xəbərlər proqramı ilə efirə çıxan CBC sportda ilk aparıcı olub. 2020-ci ildən yenidən "CBC Sport info"nun aparıcısıdır.
2016-2019-cu illərdə CBC Sportda yayımlanan "İmza" verilişinin aparıcısı və müllifi olub.
2016-cı il aprelin 26-da İlham Zəkiyevin qonaq olduğu "İmza" verilişi ilk dəfə efirdə yayımlanıb.
Azərbaycan idmanında böyük uğurlara imza atan, tanınan, sevilən şəxslər, hətta vaxtilə nəticələri ilə Azərbaycanın bayrağını yüksək zirvələrə ucaldan, amma unudulan idmançılar "İmza"nın qonağı olublar. Onlardan Şəhriyar Məmmədyarov, Ağasəlim Mircavadov, Zemfira Meftahəddinova, Xəzər İsayev, Azərbaycan milli futbol komandasının keçmiş baş məşqçisi Robert Prosineçki, Faiq Qarayev, Rəşad Sadıqov, Fərid Mansurov, Elnur Məmmədli, Kazbek Tuayev, Vəli Qasımov, Rəfiqə Şabanova, Maşallah Əhmədov, Aydın
İbrahimov, Mariya Stadnik, Hacı Əliyev, Çingiz Hüseynzadə və başqalarını qeyd etmək olar.
Bundan başqa, verilişin keçmiş futbolçu Yaşar Babayevə hər olunan film formatlı buraxılışı da izləyicilər tərəfindən bəyənilib[2].
"İmza" verilişi 2017-ci ildə Gənclər və İdman Nazirliyinin yekun tədbirində mükafata layiq görülüb[3][4][5][6].
Əminə Kazımova CBC Sport telekanalında bir çox layihələrin hazırlanmasında da iştirak edib. Telekanalın redaktoru və tanınmış jurnalist Rasim Mövsümzadə ilə birlikdə "O2" adlı maraqlı telelayihənin aparıcısı olub[7][8].
Vaxtilə Azərbaycan futbol çempionatında mübarizə aparan və maraqlı tarixçəsi olan Buzovnanın "Xəzri" klubuna həsr olunan "Xəzridən Xəzriyə" sənədli filminin müəllifidir[9].
2018-ci ildə Milli Gimnastika Arenasında cüdo üzrə 32-ci dünya çempionatının açılış mərasiminin aparıcısı olub (Tural Əsədovla birlikdə).
Şer səsləndirmək, səyahət etmək, dəb və idman tarixini araşdırmaq[10][11][12][13].