Əmir Abdulla xan Təhmasibi (عبدالله خان امیر طهماسبی) (1881-1928) — Qacarlar dövlətinin generalı, İran Kazak diviziyasının zabiti.
Əmir Abdulla xan Təhmasibi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Bürucərd, İran |
Milliyyəti | Türk |
Fəaliyyəti | siyasətçi |
Əmir Abdulla xan Təhmasibinin ailəsi Şimali Azərbaycandan mühasirət etmişdi. O, 1881-ci ildə Tehran şəhərində doğulmuşdu.
Əmir Abdulla xan Təhmasibi Qacarlar dövləti devriləndən sonra kazak dostu Rza xana xidmət etmişdi. Rza xan hakimiyyətə yiyələnəndən sonra İranda ən varlı adamlardan olan Murtuzaqulu xan Bayatı soymaq qərarına gəldi. Əmir Abdulla xan Təhmasibini onun ardınca göndərib onu həbs etdirdi.[1]
A.Təhmasibi prinsip etibarilə ziyalılara Azərbaycanın və Azərbaycan tayfalarının tarixini yazmağı tapşırmışdı və məsələnin bu cəhəti onun əyalətdə böyük nüfuz və hörmət sahibi olması və onun Rza xanla münasibətlərinin xarakteri ilə izah edilə bilər. A.Mostoufi qeyd edir ki, A.Təhmasibi Azərbaycanda olduğu müddət ərzində (1924-1925), adamların elə hörmət və etibarını qazanmışdı ki, "Azərbaycan dilində söylədiyi nitqləri ilə onları heç bir etiraz etmədən istənilən çətin işə, istənilən fədakarlıq göstərməyə vadar edə bilərdi".[2]
Xacə Nuri isə Rza xanın A.Təhmasibiyə qarşı şübhələrinin artdığını qeyd edir.A.Tahmasibinin Azərbaycan qoşunlarına əyalətdə Qacar sülaləsinin tərəfdarlarının ehtimali çıxışlarının qarşısını almaq üçün komandan təyin edilməsinə baxmayaraq onun özü Rza xanın taxt-taca gedən yolunda ehtimali rəqibinə çevrilmişdi. Rza xan onu Tehrana-geri çağırmağı qərara aldı, "lakin, azərbaycanlılar çoxlu teleqram göndərərək onun getməsinə mane oldular və hökumət əhalinin tələbi ilə razılaşaraq onu bir müddət orda saxlamağa məcbur oldu. Onu oradan geri çağırmaq çətin olduğu üçün Sərdar sepəh (Rza xan - Ə.Ç.) özü ora getdi və oradan Abdulla xanla Kürdüstana hərəkət edib onu oradan Tehrana apardı." Əhalinin A.Təhmasibiyə olan xeyirxah münasibətini bəzi müəlliflər onun şəxsi keyfiyyətləri, köçərilərin özbaşınalığının qarşısını almaq, əyalətdə qayda-qanunun bərqərar edilməsi, burada abadlıq sahəsində gördüyü tədbirlərin təsirliliyi ilə izah edirlər.
A.Təhmasibinin nüfuzuna, görünür, onun azərbaycanlılar qarşısında həmişə azərbaycanca danışması da təsir göstərirdi. Beləliklə, A.Təhmasibi həm özünün gələcək ehtimali dayağını daha dərindən tanımaq, həm də azərbaycanlılar arasında milli, tarixi şüurun geniş yayılmasına yardım etmək üçün Azərbaycan və Azərbaycan tayfalarının tarixini yazmaq tapşırığı verə bilərdi. Əgər, A.Təhmasibinin tapşırığı ilə Təbrizdə yazılmış əlyazmalarının mövcud olması doğrudursa, onda Azərbaycan ziyalılarının bəzi nümayəndələrinin nisbətən inkişaf etmiş tarixi - milli şüura malik olmaları fikri də doğrudur.
Beləliklə, azərbaycanlılar bütövlükdə Qacar sülaləsinin əsas dayağı hesab edilməsə də, Rza xan və onun ətrafındəkilər ilk günlərdən Azərbaycan və azərbaycanlıların yeri və əhəmiyyətini nəzərə almağa çalışırdılar. Həm A.Təhmasibini Azərbaycandan aparmaq, hem də əyalətdə antiqacar çıxışları təşkil etmək məqsədi ilə Rza xan 1925-ci ildə Azərbaycana səfər etdi. Rza xanın tərəfdarları oktyabrın 29- da Təbrizdə Təbrizin Tehranla əlaqəsini kəsdiyini bildirən fitnəkar elamiyyə çap etdilər. Şəhərdə "paytaxta yürüş üçün könüllülər dəstələri "təşkil etməyə" başladılar.