Murtuzaqulu xan Bayat

Murtuzaqulu xan Teymur paşa oğlu Bayat (1863–1923) — Maku xanı, sərdar, İqbaləssəltənə.

Murtuzaqulu xan
Murtuzaqulu xan Bayat
fars. مرتضی‌قلی خان بیات
Murtuzaqulu xan Bayat
Murtuzaqulu xan Bayat
1895 – 1923
(ləqəbi: İqbaləssəltənə)
ƏvvəlkiTeymur Paşa xan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Maku, Maku xanlığı
Vəfat tarixi
Vəfat yeri Maku
Atası Teymur Paşa xan
Həyat yoldaşları 1) Analı xanım
2) Rövzətnisa xanım
Uşaqları 1-ci nikahdan
oğlu: Həsən xan, Möhyəddin xan, Murad Əli xan, Balıq xan
qızı: Tatu xanım
2-ci nikahdan
oğlu: Rzaqulu xan, Abbas Paşa xan
Dini Şiə, İslam

Murtuzaqulu xan Teymur paşa oğlu 1863-cü ildə Maku şəhərində doğulmuşdu. O, 1923-cü ildə ölüb.

Hakimiyyətə gəldiyi an xanlıq zəifləyirdi. Əmiləri Hacı İsmayıl, Hacı Mahmud, Bəhlul, İbrahim və İshaq onun yerinə hakimiyyətə gəlmək istəyirdi. 1913-cü ildə almanlar Murtuzaqulu xan Bayatı Rusiya əleyhinə mübarizəyə qoşmaq istəyirdilər. O, Berlinə getmiş danışıqlar aparmışdı. Rusiyanın Tehrandakı səfiri Korostevets Makudakı rus konsuldan sərdara bildirməyi xahiş etmişdi ki, əgər o, öz xəyanətini davam etdirərsə, gələcəkdə xanlığını itirmək və ciddi surətdə cəzalanmaq təhlükəsinə məruz qalacaqdır. Buna baxmayaraq sərdar Rusiya əleyhinə öz fəaliyyətini davam etdirirdi. Ona görə də Murtuzaqulu xan oğlu Abbas paşa ilə bərabər 25 iyul 1914-cü ildə Rusiyaya sürgün edildi.

Murtuzaqulu xan ermənilərin Naxçıvana basqını zamanı müsəlman qardaşlarına yardım əlini uzatmışdı. Ermənilərin azərbaycanlılara qarşı qanlı cinayətlərinin qarşısmını almaq üçün 15 mart 1918-ci il tarixdə Maku sərdarı Murtuzaqulu xan müsəlmanlarla ermənilər arasınıda sülh bağlanılması üçün erməni Milli Komitəsinə və Cəfərqulu xan Naxçıvanskinin adına məktub göndərir. Məktubda göstərir ki, sülh bağlanmasa, günahkar tərəf qoşun bölüyü tərəfindən atəşə tutulub məhv ediləcək. Lakin erməni daşnakları başda Y. Xaraziyan olmaqla (erməni Milli Komitəsinin sədri) bu məktubu saya almayaraq Naxçıvan bölgəsinin bir çox kəndlərində yerli erməniləri müsəlmanlara qarşı qanlı cinayətlərə qaldırırlar. Məsələn,Naxçıvan qəzasının Qaraxanbəyli kənd erməniləri 31 mart 1918-ci ildə azərbaycanlılara atəş açaraq 25 nəfəri öldürmüşlər.

Rza xan hakimiyyətə yiyələnəndən sonra İranda ən varlı adamlardan olan Murtuzaqulu xanı soymaq qərarına gəldi. Abdulla xan Təhmasibini onun ardınca göndərib onu həbs etdirdi. Həbsdə olarkən zəhərlənərək öldü. Bütün torpaqları Abdulla xan Təhmasibinin əlinə keçsə də, saray onun ailəsində qaldı.

Murtuzaqulu xan Türkiyəyə güvənmir, Rusiya müttəfiqliyi siyasəti güdürdü, oğlunu da orda oxutmuşdu.

Analı xanım adlı həyat yoldaşından olan övladları:

  • Tatu xanım
  • Həsən xan
  • Möhyəddin xan
  • Murad Əli xan
  • Balıq xan

Rövzətnisa xanımdan olan övladları:

  • Rzaqulu xan
  • Abbas Paşa xan
  • Ənvər Çingizoğlu, Murtuzaqulu xan Bayat, "Soy" dərgisi, 1 (33), Bakı, 2009. səh.45.
  • Ənvər Çingizoğlu, İqbaləssəltənə Murtuzaqulu xan Bayat, Bakı: Mütərcim, 2011,-52 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]