Əmir Pəhləvan

Əmir Pəhləvan — Azərbaycan dramaturqu, QazaxıstanQırğızıstan Respublikalarının Dövlət Mükafatları Laureatı.

Əmir Pəhləvan
Doğum adı Əmir Hacılı
Doğum tarixi
Doğum yeri Mahmudoba, Şahbuz rayonu, Naxçıvan MR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi
İxtisası jurnalist
Fəaliyyəti ssenarist
Əsərlərinin dili azərbaycanca
Mükafatları

1.Qasaxıstan və Qırğızıstan Respublikalarının Dövlət Mükafatları Laureatı 2. "Humanitarian award"- ABŞ, Koliforniya, Los-Anceles(Hollywood,) 1998 3. Baş mükafat (İki medal və Qran pri) - Fransa, Nant ( "Üç qitə kinofestivalı" ) 2000. 4.Sülhməramlı dünya səfiri (Yaponiya və Amerikanın birlikdə təsiis elədiklər fəxri titul) 2009-cu ildə təqdim olunub.

5."World Literature Today" jurnalının (Amerika) mükafatçısı

Müasir Azərbaycan ədəbiyyatının  və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvan (Hacılı Əmir Pəhlivan oğlu) 1959-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Cəlil Məmmədquluzadə adına Şahbuz rayon orta məktəbini bitirib (1976), Rusiyanin Novosibirsk vilayətində əsgəri  xidmətdə olub (1977-1979), Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1980-1985). Eyni zamanda Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında "Gəncliyin səsi" proqramının yaradıcısı kimi fəaliyyətə başlayıb (1981), "Baku", "Bakı" axşam qəzetlərində (1985-1988), "Azərbaycan müəllimi" qəzetində (1988-1990) müxbir işləyib, "İlham" qəzetinin təsisçisi və baş redaktoru olub (1990).

1985-ci ildə Əmir ali məktəbin sonuncu kursunu bitirməmiş "Bakı", "Baku" axşam qəzetlərinə müxbir kimi işə götürülür. Buradan o, "Azərbaycan müəllimi" qəzetinə dəvət olunur. Həmin illərdə Azərbaycan mətbuatında təcrübəli publisist kimi tanınan Əmir Pəhləvanın "O ay bir də doğmayacaq" adlı ilk kitabı çapdan çıxır.

1990-cı ildə "İlham" mədəniyyət qəzetini təsis edərək baş redaktoru olur. Ölkəmizin ağır və çaxnaşmalarla dolu olan bu dövründə Əmirin bütün yazılarında xalqın sərt və dönümsüz "alın yazısı", "qisməti" diqqət mərkəzinə çəkilir. Adamlar əziyyət və biganəlik içərisində çırpınaraq qismətə boyun əyməkdən qaçırlar. O, bütün bunları, sadəcə, təsvir eləmir, çəkilən əzablara, iztirablara, məşəqqətə qoşulur, inanır ki, qismətdən "yuxarı" ulu bir varlıq var!

Belə bir qismət publicist, yazıçı - şair Əmir Pəhləvanı zamanın axarı ilə kinoya gətirir. Daha doğrusu, o, qəzetdə "deyə bilmədiklərini" ekran dili ilə dünyaya çatdırır.

"Step LTD" kinoşirkətini təsis edir (1995), şirkətin xəttilə yaradılan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", “Şəhriyar”, “Svilizasiya beşiyi – Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru olur. O, bu filmlərində tariximizin, taleyimizin maraqlı səhifələrini canlandırmışdır.

Əmir Pəhləvan qərbləşməyə Paris dəbi kimi baxanların içində mədəni köləliyi "Fransız" adlı filmi ilə damğalayır.  Növbəti "Qarabağ şikəstəsi" filmi ilə o, Azərbaycanın acı taleyini, qismətinə qaçqınlıq düşmüş insanların vətən nisgilini incə bir yumorla ekrana gətirir. Bu filmlər yeniləşən Azərbaycanda sovet kino incəsənətinin standart stereotiplərini və şablonçuluğunu dağıdaraq milli kinomuza, dramaturgiyamıza yenilik gətirir.

Əmir Pəhləvan öz filmləri ilə beynəlxalq festivallara çıxmış və ölkənin kino sənətini bu və digər dərəcədə təmsil etmişdir. 1998-ci ildə ABŞ-nin Kaliforniya ştatında milli atributlarımızdan olan Bayrağımıza həsr etdiyi "Spasibo" adlı bədii filmi Hollivud sənədli  filmlər festivalında mükafata layiq görülmüş və Los-Ancelesin  18 telekanalında yayımlanmışdır. "Bakı nefti və Nobellər" adlı üçhissəli sənədli filmi isə Fransanın Nant şəhərində keçirilən "Üç qitə" kinofestivalında 2 medala layiq görülmüşdür.  Bu film Almaniyada DVD diski formasında milyon tirajla yayımlanmışdır.

30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabi keçmiş possovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunub. "Bakılı Nobel", "Neft taleli Nobel",“Ayrılıq”, “Səfir”  "İsa, Məryəm və Sona" sənədli romanları, "Bakı nefti və Nobellər" üçhissəli sənədli filmi DVD formasında Almaniyada işıq üzü görərək, yüksək tirajla dünya oxucularına və tamaşaçılarına təqdim edilib.

BU GÜN AMERIKADA NƏŞR OLUNAN ƏN NÜFUZLU ƏDƏBİ-BƏDİİ MƏTBUAT DƏRGİSİ - "DÜNYA ƏDƏBİYYATI BU GÜN" JURNALI POSTSOVET  MƏKANDA 42 YAZIÇININ ƏSƏRLƏRİNI TƏBLİĞ VƏ TƏQDİR EDİR.ONLARDAN BİRİ DƏ MƏHZ ƏMİR PƏHLƏVANDIR.

https://www.worldliteraturetoday.org/…/wlts-post-soviet-rea…

Azərbaycanda ən çox oxunan kitabları: “Qalxın, Cavid gəlir!”, “Əkilən başlardı, torpaq əkilmir”, “Turan türküləri”, “Səfir”, “Təbrizim, türk izim!”, “Kəngərlər”, “Türklüyün yol xəritəsi”, “O Ay bir də doğmayacaq”, “Yaşamağı bacarmaq lazımdır”, “Vətən dahiləri” ( l – ll hissə )

"İnsan və İblis" pyesi  Bakı Bələdiyyə Teatrında (1999), "İstədiyim yar idi…"  librettosu Musiqili Komediya Teatrında (2009) səhnələşdirilib.

Qırğızıstan, Qazaxıstan və Quzey Kibriz Türk Cümhuriyyətlərinin Dövlət mükafatları Laureatidır.

Qırğızıstan Respublikasının “Manas” mükafatçısıdır.

  1. "Fransız" (bədii film, 1995)
  2. Qarabağ şikəstəsi (bədii film, 1996)
  3. Spasibo (bədii film, 1998)
  4. Qız qalası (bədii film, 2000)
  5. "Bakı nefti və Nobellər" (3 hissəli sənədli film, 1999)
  6. "Avtoritet" (sənədli film, 2003)
  7. "Göyçay yəhudiləri" (sənədli film, 2003)
  8. "Tahirə" (sənədli film, 2000)
  9. "Svilizasiya beşiyi Çin" (sənədli film, 1998)
  10. "Şəhriyar" (reklam çarxı filmi, 2000)
  11. "Ayka" (sənədli film, 2000)

Teatr tamaşaları

[redaktə | mənbəni redaktə et]
  1. "İnsan və İblis" - Pyesi - Bakı Bələdiyyə Teatrı, Bakı - 1999.
  2. "İstədiyim yar idi" - Librettosu - Musiqili Komediya, Teatrı, Bakı - 2011.
  3. "Henrix və Leyla" - Librettosu - Opera Balet Teatrı, Berlin (Almaniya) - 2018.
  4. "Sevənlərindi dünya" - Librettosu - Akademik Müsiqili Teatr, Bakı - 2022.