"Fransız" (film, 1995)

"Fransız" — 1995-ci ildə istehsal olunmuş Azərbaycan filmi.

"Fransız"
Janr Faciəvi komediya
Rejissor Vaqif Mustafayev
Əsərin müəllifi Əmir Pəhləvan
Ssenari müəllifləri Əmir Pəhləvan, Vaqif Mustafayev
Baş rollarda Zərnigar Ağakişiyeva-Zərnigar
Fərman Şəkili (Fərman Abdullayev kimi)-Əlibala
Yaşar Nuri(Yaşar Nuriyev kimi)-Atabala
Səidə Quliyeva-Əlibalanın nişanlısı
Nuriyyə Əhmədova-Atabalanın arvadı
Operator Rafiq Quliyev
Bəstəkar Xəyyam Mirzəzadə
Rəssamlar Hüseyn Haqverdiyev, Elxan Muradov
İstehsalçılar "VM və Oqtay" Kinostudiyası
"İlham" qəzeti
İlk baxış tarixi 1995
Filmin növü tammetrajlı bədii film
Müddət 51 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili (fransızca cümlələrlə)
İl 1995
Texniki məlumatlar genişekranlı
videofilm
Rəng rəngli(ağ-qara kadrlarla)
Çəkiliş yeri Bakı
Bakı, Yaşıl teatr
Film Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağıya baxan həmvətənlərimiz haqqındadır.
Belə ki, filmdə Əlibala (Fərman Şəkili) azərbaycanlı olduğunu danır, fransızca danışmağa başlayır. Onu yola gətirmək üçün hər üsula əl atsalar da, bir xeyiri olmur. Sonradan məlum olur ki, Əlibala hələ sünnət olunmayıb. Məcburi sünnət elədikdən sonra nəhayət Əlibala çevrilib əsl azərbaycanlı, müsəlman olur.
  • Film Əmir Pəhləvanın "Əhlikef" povestinin motivləri əsasında çəkilmişdir.
  • Filmdə Vaqif Mərdəkani öz dəstəsi və Aleksandrovun xoru ilə çəkilmişdir.
  • Filmin son titrləri fransızcadır.
  • Film Azərbaycan kinosunun 79-cu ildönümünə həsr edilmişdir.
  • Filmdə "Nənəqızlar" folklor ansamblının repertuarından istifadə edilmişdir.
  • 7 aprel 2016-cı ildə Fransada "Xaos və harmoniya" şüarı altında keçirilən "Avropa ətrafında Avropa" Film Festivalı (fr. L'Europe autour de l'Europe — 2016) çərçivəsində Parisin İncəsənət Mərkəzində filmin nümayişi keçirilmişdir.[1]
  • Filmdə bəstəkar Xəyyam Mirzəzadənin də bir səhnədə epizodik çıxışı mövcuddur.

Filmin heyəti (titrlərdəki sıraya görə)

[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi : Əmir Pəhləvan, Vaqif Mustafayev
Quruluşçu rejissor : Vaqif Mustafayev
Quruluşçu operator : Rafiq Quliyev
Quruluşçu rəssam : Hüseyn Haqverdiyev, Elxan Muradov
Bəstəkar : Xəyyam Mirzəzadə
Səs rejissoru : Teymur Abdullayev
Musiqi redaktoru : Riyad Quliyev
Məsləhətçi : Novruz Məmmədov
İcraçı prodüser : Rauf Quluzadə
Dirijor : Ed Spanjard (Niderland)
Qrim ustası : Çingiz Paşayev
İnzibatçı : Sahib Quluzadə, Arif Kərimov, Novruz Məmmədov (Novruz kimi)
Filmin direktoru : Pərviz Quliyev
Redaktor : Əhməd Aşurbəyov, Əhmədağa Qurbanov
Montaj edən : İlham Qaliboğlu
Koordinator : İlqar Musaoğlu, Namiq Fərəc
İşıqçı : Şəmsi Qədirov
Repertuarından istifadə edilən müğənni: Co Dassin (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva — Zərnigar
Fərman Şəkili (Fərman Abdullayev kimi) — Əlibala
Ucal Haqverdiyev — Tərcüməçi
Yaşar Nuri (Yaşar Nuriyev kimi) — Atabala
Səidə Quliyeva — Əlibalanın nişanlısı
Nuriyyə Əhmədova — Atabalanın arvadı
İlyas Tapdıq — Şair
Ağasəlim Çıldağ — Meyxana ustası
Muxtar Maniyev — Sünnətçi
Hüseyn Muradov — Sünnətçinin köməkçisi
Şamil Mahmudbəyov — Dayı
Mənsur Məmmədov — Atabalanın atası
Arif Qasımov — Dədə Qorqud
Arif Kərimov — Psixiatr
Novruz Məmmədov — Fransa səfirliyinin əməkdaşı
Vaqif Mərdəkani — Klarnet çalan
Mamuka Kikaleyşvili — Müğənni
Firuz Xudaverdiyev — Millət vəkili (titrlərdə yoxdur)
Vaqif Mustafayev — Rejissor (titrlərdə yoxdur)
Xəyyam Mirzəzadə — Bəstəkar (titrlərdə yoxdur)
Atabala: Atova lənət bizi qınayan.
Atabala: Tanıdım, bütün nəslimizi sən kişi eləmisən.
  • Hüseynov, Ə. "Güldüm ki, ağlayım…" [Vaqif Mustafayevin "Fransız" filmi haqqında] //Azərbaycan.- 1996.- 15 fevral.

Azərbaycan filmlərinin siyahısı