Əmir Rüstəmov

Əmir Məmməd oğlu Rüstəmov (10 (23) dekabr 1909, Şuşa13 aprel 1979, Bakı) — general-mayor.

Əmir Rüstəmov
Əmir Məmməd oğlu Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi 10 (23) dekabr 1909
Doğum yeri
Vəfat tarixi 13 aprel 1979(1979-04-13) (69 yaşında)
Vəfat yeri
Hərbi fəaliyyəti
Rütbəsi general-mayor
Döyüşlər
Təltifləri "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni "Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı

Əmir Məmməd oğlu Rüstəmov 5 dekabr 1909-cu ildə Şuşa şəhərində doğulmuşdu. Kiçik yaşlarından ailəsi ilə birlikdə Aşqabada köçmüşdü. İnşaat texnikumunu bitirdikdən sonra (1931) SSRİ Baş Pambıqçılıq Komitəsinin Tacikistan SSR tikinti trestində mühəndis işləmişdir. 1932-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1937-ci ilə qədər Orta Asiyada müxtəlif hərbi dəstələrin tərkibində basmaçıların qalıqlarına qarşı mübarizə aparmışdır. 1941-ci ildə V. V. Kuybışev adına Hərbi Mühəndislik Akademiyasını bitirmişdir. 1942–1943-cü illərdə Rostov altında, Qafqaz uğrunda gedən vuruşlarda fəal iştirak etmişdir. Böyük Vətən müharibəsindən sonra Quru qoşunların mühəndis xidməti qərargahı əməliyyat söbəsinin rəisi təyin olunmuşdur. 1952-ci ildə K. J. Voroşilov adına Hərbi Akademiyanı bitirmişdir. Almaniyada Sovet qoşunları qrupunun tərkibində ordu mühəndis qoşunlarının rəisi (1952–56), Sibir Hərbi Dairənin mühəndis qoşunlarının rəisi (1956–66), V. V. Kuybışev adına Hərbi Mühəndislik Akademiyasında kafedra rəisi (1966–69) işləmişdir. 1969-cu ildə ehtiyata buraxılmışdır.

Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri və medallarla təltif olunmuşdur.