Əmirhüseyn Maqsudlu (az-əbcəd. امیر حسین ماقسودلو; fars. امیرحسین مقصودلو) və ya Əmir Tətəlu (az-əbcəd. امیر تاتالو; fars. امیر تتلو) — İran azərbaycanlılarından olan müğənni, repper və mahnı müəllifi. O, İran anderqraund hip hop səhnəsinin ilk generasiyasının bir hissəsidir və ilk farsdilli R&B müğənnilərindən biridir.
Əmir Tətəlu | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 21 sentyabr 1987 (36 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, mahnı yazarı[d], müğənni, repçi |
Fəaliyyət illəri | 2003-cü ildən |
Janrlar | müasir R&B[d], rep |
amirtataloo.me | |
![]() |
2011-ci ildə "Zira Hamkaf" adlı debüt albomu çıxdı. O vaxtdan bəri 16 albom buraxdı. Tətəlu İranda yaşadığı dövrdə İslam Respublikası səlahiyyətliləri tərəfindən bir neçə dəfə həbs edilmişdir. O, 2021-ci ildə "Universal Music Group" vasitəsilə "Fereshteh" albomunu buraxmışdır. Tətəlu "Universal Music Group" ilə əməkdaşlıq edən ilk iranlıdır.
Səhnə adı Əmir Tətəlu olan Əmirhüseyn Maqsudlu İranda, Tehranın Məcidiyyə adlı hissəsində anadan olmuşdur. Ailəsi İran azərbaycanlılarıdır və 4 bacısı var.[1][2] Atasının işi ilə əlaqədar Əmir ibtidai məktəb illərini Rəştdə keçirmişdir. Bir neçə ildən sonra yenidən Tehrana köçmüşdür. Ailəsinin maddi vəziyyətinə görə o, eyni vaxtda işləmək və oxumaq qərarına gəlmişdir. 14–16 yaşları arasında dülgər emalatxanasında, 16-dan 18-ə qədər isə ərzaq mağazasında işləmişdir. Orta məktəbi bitirdikdən sonra musiqi ilə məşğul olmağa başlamışdır. Karyerasının başlanğıcı farsdilli anderqraund musiqisinin digər tanınmış musiqiçiləri ilə təxminən eyni vaxtda başlamışdır.[3]