Əmir Xəttab (əsl adı Samir Saleh as-Suveyləm, ərəb. ثامر صالح عبد الله السويلم; 14 aprel 1969 – 20 mart 2002, Çeçenistan) — 1987-1992-ci illərdə Əfqanıstan müharibəsinin, 1993-cü ildə Tacikistanda vətəndaş müharibəsinin və 1995-2002-ci illərdə Rus-Çeçen müharibəsinin iştirakçısı, muzdlu döyüşçü[1] və Çeçenistanın əfsanəvi səhra komandiri, Çeçenistanın Milli Qəhrəmanı.
Əmir Xəttab | |
---|---|
ərəb. ثامر صالح عبد الله السويلم | |
Digər adı | Samir Saleh as-Suveyləm |
Doğum tarixi | |
Doğum yeri | Səudiyyə Ərəbistanı |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Çeçenistan, Rusiya |
Vəfat səbəbi | zəhərlənmə |
Dəfn yeri | Çeçenistan |
Milliyyəti | ərəb |
Fəaliyyəti | Mücahid |
Mükafatları | Çeçenistanın Milli Qəhrəmanı |
Səudiyyə Ərəbistanında varlı və mədəni bir ailədə dünyaya gəlib. Xəttab ingiliscə təhsil aldıqdan sonra 1987-ci ildə ABŞ-də lisey təhsili almaq hüququ qazandı. Həmin il sovet ordusuna qarşı Əfqanıstan müharibəsinin ən qızğın dövrlərindən idi. Dünyanın hər yerindən müsəlman gənclər Şeyx Abdullah Azzam (1989-da sui-qəsd nəticəsində öldürülüb), Şeyx Təmim Adnan (vəfat 1988) və Osama Ben Ladenin cihad çağırışlarına qoşularaq Əfqanıstana axın edirdilər. ABŞ-də təhsilini davam etdirmə vaxtı çatan Xəttab bir çox yoldaşlarının və qohumlarının etdiyi kimi, Əfqanıstana qısa bir ziyarətə getməyə qərar verdi. 1987-ci ildə ailəsi ilə vidalaşıb evindən ayrılan Xəttab o gündən sonra bir daha evinə, ailəsinin yanına dönmədi.
Sovet ordusu Əfqanıstanı tərk etmək məcburiyyətində qaldığı zaman Xəttab və bir neçə silahdaşı Tacikistanda vətəndaş müharibəsinə qatılmaq üçün 1993-cü ildə Tacikistana getdilər və 2 il burada dağlıq ərazidə döyüşlərdə iştirak etdilər.
1995-ci ildə Xəttab kiçik qrupu ilə Əfqanıstana qayıtdı və 1995-ci ilin yazında 8 mücahid yoldaşı ilə birlikdə buradan Çeçenistana yollandı. Bura gəldikləri ilk dövrdə onlar bölgələrdəki çeçenlərə döyüş və dini təhsil verməklə işə başladılar. Çeçenistanda (Xartoşoy 1995, Şatoy 1996, Yaşmardi 1996) və Dağıstanda (1997) əhəmiyyətli əməliyyatlara qatıldılar.
22 dekabr 1997-ci ildə tabeliyində olan 100 çeçen və xarici mücahiddən ibarət qrupu ilə Rusiya ərazisinə 100 km girərək rus ordusunun 136-cı briqadasının mərkəzinə hücum etmişdilər. Bu basqında 300 rus əsgəri və cəmi iki mücahid öldürüldü.
1996-cı ilin payızında Rusiyanın Çeçenistandan çəkilməsindən sonra Xəttab Çeçenistanda Milli Qəhrəman elan edildi. Şamil Basayev və Salman Raduyev kimi Çeçenistanın ən böyük komandirlərinin də qatıldığı mərasimdə ona Cəsarət Medalı təqdim edildi və Çeçen hökuməti tərəfindən general rütbəsi verildi.
Əmir Xəttab 19 mart 2002-ci ildə zəhərli məktubla öldürülmüşdür.