Rus-Çeçen müharibəsi

Birinci Çeçen-Rus MüharibəsiRus-çeçen münaqişəsinin bir hissəsi olaraq Rusiya Federasiyası ilə Çeçen İçkeriya Respublikası arasında 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş hərbi münaqişə. Bu müharibənin nəticəsi olaraq 7 avqust 1999-cu il — 16 aprel 2009-cu illərdə İkinci çeçen müharibəsi baş verdi.

Birinci Çeçen-Rus Müharibəsi
Qroznı şəhəri yaxınlığında çeçen döyüşçülər tərəfindən ələ keçirilmiş Rusiya HHQ-nə məxsus Mi-8 hərbi-nəqliyyat helikopteri. 1994-cü il.
Tarix 11 dekabr 1994 – 31 avqust 1996
Yeri Çeçenistanİnquşetiya, Stavropol diyarı və Dağıstanın bir hissəsi. Rusiya
Nəticəsi

Çeçenistanın qələbəsi

  • Xasavyurtdan Rusiya qoşunlarının çıxarılır
  • Rus-Çeçen sülh müqaviləsi imzalanır
  • 1996-cı ilin sonuna qədər bütün Rusiya qoşunları Çeçenistan ərazisini tərk etməli idi
  • Çeçenistan de-fakto müstəqilliyi davam edir
Münaqişə tərəfləri

Rusiya Rusiya

Çeçen İçkeriya Respublikası
Müsəlman muzdlular[1]
Türkiyə Türkiyəli könüllülər[2]
Ukrayna Ukraynalı könüllülər[3]
Belqoroddan olan könüllülər[4]

Komandan(lar)

Rusiya Boris Yeltsin
Rusiya Pavel Qraçov
Rusiya Anatoli Klukov
Rusiya Anatoli Romanov
Rusiya Konstantin Pulikovski

Cövhər Dudayev
Zelimxan Yandarbiyev
Aslan Maşhadov
Şamil Basayev
Əmir Xəttab

Tərəflərin qüvvəsi

Rusiya Rusiya

  • 38,000 (1994-cü il dekabr)
  • 70,500 (1995-ci il fevral)

Çeçen İçkeriya Respublikası

  • Bilinməyən sayda
İtkilər

Hərbi: 5,732 nəfər həlak olub və ya itkin düşüb (Rusiya rəsmi qiymətləndirməsi)
Mülki: Ən azı 161 nəfər Çeçenistandan kənarda həlak olub

Hərbi: 17,391 nəfər həlak olub və ya itkin düşüb (Rusiya rəsmi qiymətləndirməsi)
Mülki: 50,000-100,000 nəfər
80,000 nəfər (İnsan hüquqları qrupları qiymətləndirməsi)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi, amma bu müstəqillik heç bir ölkə tərəfindən tanınmadı. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edib onun nəticələrini tanımadı. Ruslar Cövhər Dudayevə müxalif rəqib kimi Ömər Avturxanovu ortaya çıxardı və silahla da təchiz edirdi. Rusiya tərəfli müxalifət tərəfdarlarının məğlubiyyətindən sonra Rusiya prezidenti Boris Yeltsin 48 saat içində çeçenlərə silahlarını yerə qoymalarını əmr etdi. Cöhvər Dudayev isə onun bu işə qarışa bilməyəcəyini dedi. Daha sonra rus qoşunları Qroznıya aviazərbələr endirməyə başlayır və beləliklə müharibə başlanır. 4000 rus əsgəri Çeçenistana aid Nattereçni şəhərini tuturlar. Bundan bir qədər əvvəl Cövhər Dudayevə məxsus qüvvələr bir neçə nəfər rus əsgərini əsir götürür. Rusiya bu əsirlərin azad edilməsi üçün ultimatum verir. Əsirlər məsələsi ultimatumla həll edilə bilmədiyindən Cövhər Dudayevlə Rusiya Müdafiə Naziri Pavel Qraçov arasında danışıqlar olur. Razılaşmalara baxmayaraq ruslar 6 dekabr 1994-cü ildə Qroznını yenidən bombalayır. 11 dekabrda ruslar çeçen torpaqlarına girir. İki ilə yaxın gedən döyüşlərin ardından tərəflər arasında Xasavyurt Müqaviləsi imzalanır. Müqaviləyə görə, Çeçenistanın müstəqilliyi Rusiya tərəfindən rəsmən tanındı və siyasi statusu 5 il ərzində qərarlaşdırılmalı idi. Müharibə ərəfəsində rus hərbi qüvvələri 6,000 nəfərdən çox, çeçen hərbi qüvvələri 18,000 nəfərdən çox və 50,000 (qeyri-rəsmi mənbələrə əsasən 100,000-ə yaxın) mülki vətəndaş həyatını itirdi.

  1. Energy and Security in the Caucasus, səh. 66, Google Books-da
  2. "TURKISH VOLUNTEERS IN CHECHNYA". The Jamestown Foundation. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
  3. Doroshenko, Sergei (5 oktyabr 2004). Украинские наемники в Чечне | Ukrainian mercenaries in Chechnya Arxivləşdirilib 2014-03-16 at the Wayback Machine. Segodnya.ru
  4. "Arxivlənmiş surət". 2023-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]