Əmir xan Yağləvəndli-Cavanşir

Əmir xan Yağləvəndli-Cavanşir — Kəşmir hakimi.

Əmir xan Yağləvəndli-Cavanşir
Əmir xan Səfi xan oğlu Yağləvəndli-Cavanşir
Doğum tarixi
Doğum yeri Yağləvənd oymağı
Vəfat tarixi

Əmir xan Səfi xan oğlu 1732-ci ildə Cavanşir elinin Yağləvənd oymağında anadan olmuşdu. Uşaq yaşlarında valideynləri ilə birlikdə Xorasanın Sərəxs bölgəsinə sürgün olunmuşdu. 1747-ci ildə Cavanşir elinin bəzi oymaqları vətənə dönməmiş Əfqanıstanda qalıb Əhməd şah Dürraniyə xidmət etmişdi. Əmir xan oymağı ilə Kəşmiri ələ keçirmiş, 1770-ci ildən 1775-ci ilədək oranı idarə etmişdi. O, Teymur şah Dürraniyə tabe olmurdu. 1773-cü ildə Əfqanıstanın şahı Teymur şah Dürraniylə ilə münaqişəyə girərək müharibə apardı. Öncə qalib gəlsə də, sonradan, 1775-ci ildə bəllucların satqınlığı nəticəsində əsir düşdü.

Britaniyalı müəllif ser Volter Lourens özünün 1895-ci ildə yazdığı "Kəşmir vadisi" kitabında Əmir xan Cavanşir barədə aşağıdakıları qeyd edir:

Əmir xan Cavanşir puştun hökmdarlarından ən yaxşısı hesab oluna bilər. Çünki o Srinaqarın girişindəki Amira Kadal körpüsünü və Şirqari sarayını tikdirməsi ilə tanınır. Lakin o həm də Daldakı moğol bağlarını məhv etməsi ilə də yadda qalıb. Digər puştun hökmdarları isə bu gün yalnız öz qəddarlıqları və amansızlıqları ilə xatırlanırlar.

"The valley of Kashmir" (1895), Sir Walter Roper Lawrence (1857-1940)[1]