Əmirhüseyn Məcidov

Əmir Hüseyn Elşən Ağaqulu oğlu Məcidov (30 noyabr 1937, Xızı rayonu25 mart 2006) — Azərbaycan rejissoru.

Əmirhüseyn Məcidov
Əmirhüseyn Ağaqulu oğlu Məcidov
Doğum tarixi
Doğum yeri Tudar, Xızı rayonu
Vəfat tarixi (68 yaşında)
Fəaliyyəti rejissor

Əmirhüseyn Məcidov 1937-ci il noyabr ayının 30-da Xızı-Bərmək mahalının Tudar kəndində dünyaya göz acıb. Ailəsi ilə Bakıya köçən Əmirhüseyin əvvəl Kitabxanaçılıq Texnikumuna daxil olub. 1962-ci ildə isə İncəsənət İnstitutunun musiqili teatr aktyoru şöbəsinə qəbul olunub (Mehdi Məmmədovun kursu). Sənətin incəliklərini Soltan Dadaşovdan öyrənib. Əmək fəaliyyətinə isə hələ tələbəlik dövründə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında başlayıb. Əlisəttar Atakişiyevin yanında işləyib. Sonra Azərbaycan Televiziyasına gələn Əmirhüseyin Məcidov ömrünü televiziyaya bağlayıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor Arif Babayevin çalışdığı redaksiyada rejissor köməkçisi kimi əmək fəaliyyətinə başlayıb (1963).

1967-ci ildən sərbəst rejissorluq fəaliyyətini davam etdirib. O, "Təbliğat və sovet həyat tərzi" baş redaksiyasında "Evrika", "Sağlamlıq", "Odlar diyarı", "Şimşək", "Səadət qadınlar klubu" və başqa verilişlər hazırlayıb. 1970-ci ildə "Ədəbi dram" verilişləri baş redaksiyasına keçib. Şifahi xalq ədəbiyyatına sevgi Əmirhüseyn Məcidovun qanında, canında idi. Onun araya-ərsəyə gətirdiyi, ilk rejissoru olduğu "Ozan" verilişi bu baxımdan xarakterikdir. Milli dəyərlərimizi, aşıq-ozan sənətimizi, adət-ənənəmizi ekranda canlandıran həmin veriliş tamaşaçılar tərəfindən çox maraqla qarşılanardı. "Ozan"ın 7-ci sayı ekranda göstəriləndə onu dövlət mükafatına təqdim etdilər.

Əmirhüseyn Məcidov 1994-cü ildə televiziyadan çıxaraq Vahid studiyasının direktoru olub. Daha sonra "Azersun Holding"də mətbuat müşaviri işləyib. Onun rejissorluq fəaliyyətindən 200-dən artıq bədii-publisist verilişlər, telefilmlər saxlanılır.

Bütün əsərlərində Əmir Hüseyn Elşən imzası vardır. Əmir Hüseyn Elşən "Ozan ocağı" şirkətinin prezidentidir. O, 1998-ci ildə "Ensklopedik toplu" tərtib etmişdir. Burada ölkəmizin görkəmli şəxsləri haqqında məlumatlar vardır.

2003-cü ildə nəşr etirdiyi "Sənət yollarında tanınan izlər" əsərində görkəmli sənət adamları haqqında dəyərli yazılar çox maraqlıdır.

  1. Həyat, sən kiminsən? (film, 1972)
  2. Evrika (veriliş)
  3. Odlar Diyarı (veriliş)
  4. Ozan (veriliş)
  5. Sağlamlıq (veriliş)
  6. Səadət Qadınlar Klubu (veriliş)
  7. Şimşək (veriliş)