Həmyerlilər — 1998-ci ildə rejissorlar Lütfi Məmmədbəyov və Əmirhüseyn Məcidov tərəfindən eyniadlı pyes əsasında ekranlaşdırılmış tammetrajlı televiziya tamaşası. Azərbaycan televiziyasında istehsal edilmişdir. Əsas rolları Bürcəli Əsgərov,Səyavuş Aslan, Tariyel Qasımov,Nübar Novruzova və Hacı İsmayılov ifa edirlər. Əsərin müəllifi Altay Məmmədovdur.[1][2]
Həmyerlilər | |
---|---|
Rejissorlar | Lütfi Məmmədbəyov, Əmirhüseyn Məcidov |
Əsərin müəllifi | Altay Məmmədov |
Baş rollarda | Bürcəli Əsgərov,Səyavuş Aslan,Tariyel Qasımov,Nübar Novruzova,Hacı İsmayılov,Şahin Cəbrayılov,Məcnun Hacıbəyov, Məmməd Sadıqov, Sofya Bəsirzadə,Mustafa Süleymanov,Lətifə Əliyeva,Mehriban Rəsulova,Firuz Xudaverdiyev, Nəcəf Həsənzadə |
Operator | Fərman Nəbiyev |
Quruluşçu rəssam | Rafiq Əbdülrəhimov |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 1998-ci il |
Filmin növü | Televiziya tamaşası |
Müddət | 79 dəqiqə |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
Rəng | rəngli |
Televiziya tamaşasında hadisələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən idarələrin birində və ətrafında cərəyan edir. Belə ki, hadisələr idarəyə yeni inspektorun(əslində, nazir müavininin) təyin edilməsi ilə üz verir. Yeni işçinin rəhbərin həmyerlisi olması idarənin qəliz taleyi üçün ümid yeri hesab edilir, fəqət inspektorun(Tariyel Qasımov) öz işini dürüst şəkildə yerinə yetirməsi," Həmyerli" məsələsini dövlətə sədaqətlə xidmətdən üstün tutmaması idarə rəhbərliyinin planlarını alt-üst edir. Televiziya tamaşasında günün ümdə məsələləri işıq üzü görür. Rüşvətxorluq, həmyerlipərəstlik, dələduzluq, şan-şöhrətə aludə kimi əyriliklər ekran həllini tapır. Tamaşanın ən yaddaqalan süjeti isə sonda hər kəsin Xanım xalanın(Lətifə Əliyeva) sayəsində inspektorun, əslində, nazir müavini olduğunu bilməsidir. Ümumiyyətlə, televiziya tamaşasında "Şərəf və ləyaqətlə yaşamaq bir sənətdir. Bu həyatda elə yaşa ki, öz ömrünün sənətkarı olasan." ideyaları tamaşaçılara çatdırılır.
Altay Məmmədovun 1960-cı illərdə qələmə aldığı maraqlı əsərlərdən biri ilk dəfə 1960-cı ildə Gəncə Dövlət Dram teatrında səhnəyə qoyulur. Əsər həmçinin ispan, ingilis, ərəb, fars, macar, eston, tacik dillərinə tərcümə olunub və Rusiya, Tacikistan, Bolqarıstan, Türkiyə və İranda tamaşaya qoyulub. O zaman teatr səhnələrində də məşhurlaşan həmin əsər belə adlanır: Həmyerlilər… Əsər 1990-cı illərin sonlarında Azərbaycan Televiziyasında ekrana gətirilir. Teatr və kino fədaisi Lütfi Məmmədbəyovun və televiziya rejissoru Əmirhüseyn Məcidovun quruluşunda təqdim olunan televiziya tamaşası ilk nümayişdən sonra böyük tamaşaçı marağına səbəb olur. Müəllif təqdim etdiyi mövzuda diqqət çəkən məqamlara toxunur və hər bir insanı öz işini şərəflə, vicdanla yerinə yetirməyə çağırır. "Həmyerlilər" tamaşası bir-birindən maraqlı, koloritli surətlərlə zəngindir. Obrazlar bir-birindən fərqliliyi, öz şirinliyi ilə diqqəti cəlb edir. Aktyor dəsti-xətti, oyun tərzi və xüsusi improvizələr ekran əsərini daha yaddaqalan edib.
Əsərin müəllifi: Altay Məmmədov
Quruluşçu rejissorlar : Lütfi Məmmədbəyov,Əmirhüseyn Məcidov
Quruluşçu operator: Fərman Nəbiyev
Quruluşçu rəssam: Rafiq Əbdülrəhimov
Operatorlar: Elman Hüseynov, Zaur Əsgərbəyov, Rza Fərəcov
Səs rejissoru: Vaqif İmanquliyev
Musiqi tərtibatçısı: Təranə Babayeva
Rejissor köməkçiləri : Əzizağa Mövsümov, Rza Məmmədov
Balvazov- Bürcəli Əsgərov
Gümüşov — Səyavuş Aslan
Fərid — Tariyel Qasımov
Zərrin- Nübar Novruzova
Sarı Sarızadə — Hacı İsmayılov
MaşAllah — Şahin Cəbrayılov
Xanəli- Məcnun Hacıbəyov
Nuru kişi — Məmməd Sadıqov
Göyçək — Sofya Bəsirzadə
Yaqub — Mustafa Süleymanov
Xanım — Lətifə Əliyeva
Zəhra — Mehriban Rəsulova
Kazım kişi — Firuz Xudaverdiyev
Birinci kişi — Nəcəf Həsənzadə
Azərbaycan televiziya tamaşaları