Əmirxan Xəlilov (23 fevral 1937, Borçalı) — professor.
Əmirxan Xəlilov | |
---|---|
Doğum tarixi | 23 fevral 1937 (87 yaş) |
Doğum yeri | |
Təhsili |
23 fevral 1937-ci ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) şəhərində anadan olmuşdur.
Orta məktəbi Marneuli (Sarvan) şəhərində bitirmiş, 1956-1961-ci illərdə BDU-da təhsil almışdır
1961-ci ildə BDU-nu bitirmişdir 1968-ci ildə “Cəfər Cabbarlının ədəbi-tənqidi görüşləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1987-ci ildə “Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri (1920-1980)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir 1971-ci ildən dosent, 1988-ci ildən etibarən professor elmi adlarını almışdır
1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş və 1968-ci ildə bitirmiş, elmi işçi vəzifəsində işləmişdir.
1970-ci ildən BDU-da “Rus ədəbiyyatı tarixi”, “Türk və şərqi slavyan xalqları ədəbiyyatı”, “Dünya ədəbiyyatı” kafedralarında çalışmışdır “Rus ədəbiyyatı” və “dünya ədəbiyyatı” fənlərindən mühazirələr oxuyur.
170-dən artıq məqalə, 5 monoqrafiya, 8 kitab müəllifidir.
3 elmlər namizədi yetişdirmişdir.
Məmməd Araz adına “İti qələm” mükafatı laureatı adını almışdır.
Filologiya, tənqid və ədəbiyyatşünaslıq
Riqa və Daşkənddə (1975-1976-cı illər) ədəbi-elmi konfranslarda məruzə ilə çıxış etmişdir