Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əmr Musa Misir prezidentliyinə namizədliyini irəli sürmək haqda düşünür. "Russia Today" telekanalının verdiyi məlumata görə, bunu Əmr Musa özü etiraf edib. O, bu haqda düşündüyünü, lakin hələ yekun qərar vermədiyini söyləyib. İndiki mərhələdə isə ƏDL rəhbəri vətəndaşı olduğu Misirdə vəziyyətin qaydaya salınması üçün səylərin birləşdirilməsini vacib sayır.[1]
Əmr Musa | |
---|---|
ərəb. عمرو محمد موسى | |
Vəzifədədir | |
1 iyul 2001-ci ildən | |
Əvvəlki | Əhməd İsmət Məcid |
1991 – 2001 | |
Əvvəlki | Əhməd İsmət Məcid |
Sonrakı | Əhməd Mahir |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qahirə, Misir |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat, vəkil |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Ərəb Dövlətləri Liqasının baş katibi Əmr Musa Misirdə prezident seçkisində iştiraka hazır olduğunu bildirib. Əmr Musa misirlidir. 1936-cı ildə Qahirədə doğulub
"Media forum" saytı xəbər verir ki, Əmr Musa prezident Hüsnü Mübarəkin 2011-ci ilin sentyabrında keçiriləcək seçkiyə qədər hakimiyyətdə qalacağına əmin olduğunu bildirib. Amma siyasətçi Mübarəkin qeyri-adi hadisələri və xaosu nəzərə alaraq başqa qərar verəcəyini də istisna etməyib. Liqa baş katibi indiki vəziyyətdə prezident seçkisini təcili təşkil etməyin mümkün olmadığını vurğulayıb və ona görə də özünün də Misirin keçid hökumətində iştirakını istisna etməyib: "Misirin keçid hökumətinin tərkibində hökmən "Müsəlman qardaşlar" kimi nəhəng müxalifət qurumu təmsil olunmalıdır. "Müsəlman qardaşlar"ın lideri Məhəmməd Badi Hüsnü Mübarəkin istefasından sonra keçid hökumətində iştirakla bağlı danışıqlara hazır olduğunu bildirib. Prezident postuna daha bir real namizəd isə Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq baş direktoru Məhəmməd əl-Baradeyidir".[2]
Misirdə Hüsnü Mübarəkin istefasından sonra gözlər prezident kürsüsünə kimin keçəcəyinə çevrilib. Prezidentlik üçün müxtəlif şəxslərin adları çəkilir. Ərəb Birliyinin baş katibi Əmr Musanın vəzifəsindən istefası isə diqqətləri onun üzərinə çəkib.
Siyasi müşahidəçilər Qərblə yaxşı münasibətləri olan Əmr Musanın prezidentliyə namizəd olması ehtimalının yüksək olduğunu bildirirlər. Qeyd edək ki, Əmr Musa keçən həftə Təhrir meydanındakı aksiyalara qatılmış və dinc mitinqləri davam etdirmək çağırışı etmişdi.[3]