Ənəs bin Nadr

Ənəs bin Nadr (ərəb. ﺍﻧﺲ ﺑﻦ ﻧﻀﺮ‎; MədinəMədinə) — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Bənu Adi ibn Nəccar qəbiləsindəndir və Ənəs ibn Malikin əmisidir[1].

Ənəs bin Nadr
Doğum yeri
Vəfat yeri

Uhud döyüşündə şəhid olmuşdur. İslam inancına görə onun şərəfli ölüm dərəcəsi sayılan şəhadət dərəcəsinə malik olması qəbul edilir. Quranda Əhzab surəsi 23-cü ayə Ənəs bin Nadr haqqında nazil olmuşdur. “Möminlər içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər”.[2] Onun bədənində səksəndən çox olduğu yara olduğu görülmüşdür. Bu səbəbdən də Ənəsin bacısı Rübeyyi onu çətinliklə tanımışdır.

  1. "Hazrat Anas Bin An Nadr (R.A)". Janathimessage.co.uk. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-22.
  2. "Surah Al-Ahzab [33:23] - Al-Qur'an al-Kareem - القرآن الكريم". Quran.com. 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-22.