Ən yaxşı təklif (film, 2013)

Ən yaxşı təklif (it. La migliore offerta, ing. The Best Offer) — 2013-cü il İtaliya istehsalı olan psixoloji triller filmi. Cüzeppe Tornatorenin rejissorluğu və ssenarisi ilə çəkilib. Filmin musiqisi Ennio Morrikone tərəfindən bəstələnib. Film incəsənət üzrə mütəxəssis Vircil Oldman haqqındadır.

Ən yaxşı təklif
it. La migliore offerta
Janr dram filmi, cinayət filmi, romantik film, Psixoloji triller
Rejissor
Ssenari müəllifi
Baş rollarda
Bəstəkar
İstehsalçı Warner Bros.
Distribütor Warner Bros.
İlk baxış tarixi 1 yanvar 2013
Müddət 131 dəq.
Büdcə $18 milyon[1]
Gəlir $20,489,700[2][3]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Roma, Çexiya, Milan, Praqa, Vyana
IMDb ID1924396

Məzmun[redaktə | mənbəni redaktə et]

Film məşhur xərrac evinin yaşlı, zəngin və hörmətli, həm də soyuq təbiətli müdiri Vircil Oldmanın həyatında baş verən hadisələrdən bəhs edir. Oldman sirli gənc varis Klar İbbetson tərəfindən valideynlərindən miras qalmış geniş antik sənət kolleksiyasını açıq xərracda satmaq üçün işə alınır. Klar hər dəfə şəxsən görüşməyi rədd edir, şiddətli aqrofobiadan əziyyət çəkir və otağından heç vaxt çıxmır. Klar OKB-dən əziyyət çəksə də, axırda Oldmana inanmağa qərar verir. Çox keçmədən qızın səmimiyyəti və sadəliyini bəyənən, ömür boyu subay olan Virqil Oldman Klara aşiq olduğunu anlayır.

Ağıllı cavan bir usta olan Robert Oldmana Kların əşyaları arasında tapdığı bəzi qəribə mexanik parçaları təmir edib yenidən birləşdirməsinə yardımçı olarkən eyni zamanda ona qızla necə dost olacağı və ona qarşı olan duyğularıyla necə rəftar etməli olduğu haqqında tövsiyələr verir. Oldmanın duruşu və prestiji, eyni zamanda dostu Billi Vistlerin köməyi Oldmana davamlı aldatmaca yolu ilə xərracda milyonlarca dəyərindəki şedevr portretlərdən ibarət geniş və özəl kolleksiyaya sahib olmağa yardımçı olur. Billinin özü də həvəsli bir sənətçidir, amma Oldman Billinin işlərini ciddiyə almaz.

Hadisələrə paralel olaraq Virqil başqa bir müştərinin malikanəsində kifli, kömürləşmiş bir odun parçası tapır. Professional restarasiya ilə Virqil yanlış şəkildə 16-cı əsrdən qalma bir sənətkara aid olduğunu qeyd etdiyi, özünü qadın olaraq göstərə bilməyən tabloları "V" olaraq imzalayan bir taplonu ortaya çıxarır. Virqil digər müştərilərə bütün saxtakarların orijinalı dəyişdirməyə qarşı dözülməz şəkildə maraqlı olduğunu və bunun saxtakarın sənətsal həssaslıqlarını ortaya çıxardığını qeyd edir. Xərracda tablo 90.000 sterlinqə satılır. Ancaq Virqin Billiyə bunun əslində 8 milyon sterlinq dəyərində orijinal olduğunu bildiyini açıqladıqdan sonra Billi Virqin üçün tabloyu əsl alıcısından 250.000 sterlinqə alır.

Oldman sonunda işində kompromisə getmək bahasına İbbetson ilə sevgi yaşayır. Bu münasibətin zirvəsində Klar kənar dünyaya qarşı qorxularının öhdəsindən gəlir və Virqil çox bağlı olduğu əlçəklərini çıxardır. Bir müddət Klar ona möhtəşəm kollesiyasını göstərəcək qədər inanan Vilqil ilə yaşamağa davam edir. Duyğularını cilovlayan Klar Vilqilə ikisinin başına nə gəlirsə-gəlsin, onu çox sevdiyini deyir. Bir gün Virqil evə dönür və Kların bütün kolleksiyası ilə birlikdə yoxa çıxdığını görür. Virqil kassada Virqilin Robertə verdiyi mexanik parçalardan düzəldilmiş robot tapır. Robertin hər saxtakarlıqda gerçək bir şey olduğunu və buna görə Robertin Virqili doğrudan istədiyini deyən səs lenti çalınır. Virqil Robert, Klar və Billi tərəfindən planlanmış aldatmacanın qurbanı olduğunun fərqinə varır. Amma Virqil əsərləri qeyri-qanuni yolla ələ keçirdiyi üçün polisə gedə bilmir. Virqil xəyanətdən sonra yatdığı ağıl xəstəxanasından aylar sonra sağalaraq çıxır. Praqaya gederək Kların bir vaxtlar təriflədiyi restorana gedir. Restoran OKB-ni xatırladan saatlarda doludur. Orada bir masada tək başına oturaraq Kların sevgisinin həqiqi, yoxsa aldatmaca üçün göstərdiyi saxta bir şey olduğu haqqında düşünür.

Rollarda[redaktə | mənbəni redaktə et]

  • Ceffri Raş — Vircil Oldman, prestijli xərracçı
  • Cim Sturqes — Robert, usta və mexanik
  • Silviya Hoks — Klar İbbetson
  • Donald Sadrlənd — Billi Vistler
  • Filip Cekson — İbbetson malikanəsinin xidmətçisi
  • Anton Aleksandr — əmlakçı
  • Con Benfild — barmen

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Review: "The Best Offer"". Variety. 2013-01-24. 2017-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-01.
  2. "La Migliore Offerta (The Best Offer)". Box Office Mojo. 2013-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-06.
  3. "La Migliore Offerta (The Best Offer)". Box Office Mojo. 2014-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-09.