Əndəlüs köpəyi (film, 1929)

"Əndəlüs köpəyi" (fr. Un chien Andalou) — rejissor Luis Bunyuelin filmi.[1]

Əndəlüs köpəyi
fr. Un chien Andalou
Janr Sürrealizm
Rejissor Luis Bunyuel
Prodüser Luis Bunyuel
Ssenari müəllifləri Salvador Dali
Luis Bunyuel
Baş rollarda Simona Mareyl
Pyer Batçeff
Operator Albert Duverje
Bəstəkar Rixard Vaqner
Montajçı Luis Bunyuel
Distribütor Netflix
İlk baxış tarixi 6 iyun 1929, 1929
Filmin növü bədii film
Müddət 16 dəqiqə
Büdcə 100.000 F
Ölkə Fransa Fransa
Dil səssiz (titrlər fransızcadır)
İl 1929
Rəng ağ-qara
IMDb ID0020530
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmin başlanğıcında orta yaşlı bir kişi ülgücü itiləyir, eyvana çıxır, bütöv olan aya baxır. Sonra isə o, həmin ülgüclə kresloda əyləşmiş qızın gözünü kəsir. Elə bu zaman da nazik buludlar ayın dairəsini kəsib keçir.

Daha sonra ekranda ortasında deşik olan əl görünür. Həmin deşikdən qarışqalar çıxır. Sonra isə kişinin özü ilə üstündə ulaq ölüsü və iki keşiş bağlanmış iki royalı çəkib aparması, bir adamın o birinə atəş açması, qadın və kəsilmiş əl və s. göstərilir. Bütün bu obrazlar filmin sonuna qədər anlaşılmaz, qeyri-müəyyən və açılmamış şəkildə qalır.

  • 1960-cı ildə Luis Bunyuel səssiz filmə saundtrek əlavə etdi. Bu saundtrek Vaqnerin "Tristan və İzolda" operasından idi. Daxil edilən növbəti musiqi isə iki Argentina tanqosu idi. Rejissorun filmə niyə bu musiqini də əlavə etməsinin səbəbi filmin premyerasında elə bu tanqonun qrammafon vasitəsilə ifa olunması idi.[2]
  • Rejissor öz xatirələrində filmin süjetinin iki yuxu əsasında yarandığını qeyd edir:
" "Əndəlus köpəyi" filmi iki yuxunun "görüşməsi" nəticəsinə meydana çıxmışdı. Bir neçə günlük Fiqerasa — Daliyə qonaq getmişdim. Ona yaxında gördüyüm yuxunu danışdım: buludlar ayı yarıya bölüb, ülgüc gözü kəsir. Dali isə yuxuda qarışqa ilə örtülmüş əl gördüyünü dedi: "Bəlkə film çəkək?". Əvvəlcə onun təklifi məni çox cəlb etmədi. Amma tezliklə biz Fiqerasda işə başladıq. Ssenari bir həftədən az müddətdə yazıldı. Qarşılıqlı razılaşmaya əsasən, biz sadə qaydaya əməl etdik: sırf rasional, psixoloji və mədəni izah tələb edən şeylərin üzərində dayanmayacağıq. İrrasionallığa yol açmaq. Biz yalnız mənasından asılı olmayaraq, heyrətləndiyimiz şeyləri qəbul edirdik. Bizim bir dəfə də olsun mübahisəmiz düşmədi. Ssenarini bitirəndə anladım ki, bu, tamamilə qeyri-adi, heyrətamiz film olacaq. Bir kompaniya belə bunun maliyyələşməsinə razı olmazdı. O zaman borc üçün anama müraciət etdim ki, prodüser özüm olum. Tanış notarius anamı zəruri məbləği mənə vermək üçün inandırdı. Mən Parisə qayıtdım. Film iki həftə ərzində "Biyankur" studiyasında çəkildi. Çəkiliş meydanında 5-6 adam var idi. Aktyorlar mənim göstərişlərimi anlamırdı.[3]
"
  • Luis Bunyuelin bundan sonrakı "Qızıl əsr" filmi (1930) üslub baxımından "Əndəlüs köpəyi"nin davamı hesab olunur.[4]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifləri : Salvador Dali, Luis Bunyuel
Rejissor : Luis Bunyuel
Operator : Albert Duverje
Bəstəkar : Rixard Vaqner (1960)
Simona Mareyl – qız
Pyer Batçeff – kişi
Salvador Dali – keşiş
Luis Bunyuel – proloqdakı kişi
  1. "Un Chien Andalou". IMDb. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
  2. Buñuel, 1968
  3. Sevda Sultanova. "Salvador Dali: "Anamın portretinə tüpürmək mənə zövq verir"" (az.). Kulis.az. 11.05.2018. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
  4. Parsi, Jacques. "L'âge d'or". Ciné-club de Caen. 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
  • Buñuel, Luis; Salvador Dalí. Classic Film Scripts: L'Age d'Or and Un Chien Andalou. Marianne Alexandre (trans.). New York: Simon and Schuster. 1968. ISBN 0-85647-079-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]