Ənginar

Ənginar (lat. Cynara) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Ənginar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Azərbaycanda ənginarın iki növü əkilir. Bunların biri əkin ənginarı, digəri isə İspaniya ənginarı adlanır. Hər iki növ çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin ənginarı Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir.

Əkin ənginarı ilə yanaşı Azərbaycanda İspaniya ənginarı (Cynara cardunculus) da becərilir. İspaniya ənginarı boyca əkin ənginarından kiçikdir. Ənginarın tərkibində müalicə əhəmiyyətli sinarin qlikozidi vardır. Bu qlikozid ferment təsirindən parçalandıqda 2 molekul kofeyn və bir molekul xinin turşusu əmələ gətirir.

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin əməkdaşları tərəfindən Azərbaycanda becərilən əkin ənginarının tərkibi kimyəvi analiz edilmiş, onun yarpaqlarında, çiçəklərində, toxumlarında və köklərində bir sıra bioloji fəal maddələr müəyyənləşdirilmişdir. Belə maddələrdən: sinarin qlikozidini, acı maddələri, şəkəri, piyli və qatranlı maddələri, üzvi turşuları, C vitaminini və s. göstərmək olar.

İspaniya artişoku

Xalq təbabətində ənginarın qurudulmuş yarpaqlarından, çiçəklərindən, kökündən və toxumlarından çay kimi dəmləyib, ürək xəstəliklərində sakitləşdirici və qan təzyiqini azaldıcı dərman kimi istifadə edirlər. Bundan başqa xalq təbabətində ənginar şəkər xəstəliyinə qarşı da işlədilir. Ənginarın təzə toplanmış yerüstü hissələrindən alınan şirəni üzüm şərabı ilə qarışdırıb, sinqa və digər avitaminoz xəstəliklərinə tutulanlara gündə 3-4 dəfə, hər dəfə yarım stəkan içirlər.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Arcyna Wiklund
  • Bourgaea Coss.
  • Cynaropsis Kuntze