Ənsarül-İslam

Ənsarül-İslam və ya Ənsar əl-İslam (ərəb. أنصار الإسلام‎) ‎ — kürd islamçı yaraqlı və separatçı qrupdur.[1][2] O, 2001-ci ildə Əfqanıstandan qayıdan keçmiş Taliban və keçmiş Əl-Qaidə üzvləri olan kürd islamçılar tərəfindən Kürdüstan bölgəsi ətrafında Şimali İraqda yaradılıb. Onun məqsədi Kürdüstan bölgəsi ətrafında İslam dövləti yaratmaq və kürdləri qorumaqdır.[3]

Ənsarül-İslam
Yaranma tarixi 2001

Rəhbəri Fərəc Əhməd Nəcməddindir.[4] Təşkilat İslam Dövlətinin müttəfiqidir və Avropa kəşfiyyat orqanlarının məlumatına görə, Avropa İttifaqının bir çox ölkələrində öz hücrələri var.[5]

"Ənsarül-İslam" 2001-ci ildə İran sərhədinə yaxın Hələbcə şəhəri ətrafında 10-a yaxın kəndə nəzarət edirdi. 4 "Qrad" qurğusu və dörd 106 mm-lik silahla təchiz edilmiş 600–700 nəfərdən ibarət silahlı dəstələri vardı.

2001-ci ilin fevralında "Ənsarül-İslam" təxribatçıları Kürdüstan Demokratik Partiyasının rəhbər simalarından Franso Həririni öldürmüşdür. 23 sentyabr 2001-ci ildə "Ənsarül-İslam" Həmada bir kəndə girmiş, burada 25 peşmərgə döyüşçüsünü əsir götürmüş və onları edam etmişdir. Cəlal Talabaninin əmri ilə 12 min peşmərgə döyüşçüsü dərhal yaraqlılara qarşı göndərmişdir.

2019-cu ilin martında onlar Suriyanın şimalındakı türk qüvvələrinə birbaşa hücuma başladılar.[6]

  1. "Ansar al-Islam (Iraq, Islamists/Kurdish Separatists), Ansar al-Sunnah". Council on Foreign Relations (ingilis). 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  2. "Does Kurdish jihadist group threaten Hayat Tahrir al-Sham in north Syria? - Al-Monitor: The Pulse of the Middle East". www.al-monitor.com. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-14.
  3. "Does Kurdish jihadist group threaten Hayat Tahrir al-Sham in north Syria? - Al-Monitor: The Pulse of the Middle East". www.al-monitor.com. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-14.
  4. 17 задержанных террористов по всей Европе — «планировали теракт в Северной Европе»[ölü keçid].. yle.fi. Служба новостей Yle (12 ноября 2015). Дата обращения: 12 ноября 2015.
  5. Центральная криминальная полиция опровергает информацию о задержании в Финляндии террориста.[ölü keçid]. yle.fi. Служба новостей Yle (12 ноября 2015). Дата обращения: 12 ноября 2015.
  6. "Attack on Turkish soldiers spotlights Ankara's Idlib conundrum | FDD's Long War Journal". www.longwarjournal.org (ingilis). 2020-03-31. 2020-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-15.