Ənvər Şıxlinski (coğrafiyaçı)

Ənvər Mamay Şıxlinski (3 aprel 1911, Qazaxbəyli, Qazax qəzası1992) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin dekanı, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, iqlimşünas alim, Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsinin iqlim şöbəsinin rəisi, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970).

Ənvər Şıxlinski
Doğum tarixi
Doğum yeri Qazaxbəyli kəndi, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı Ziya Şıxlinski
Atası Mamay bəy Şıxlinski
Fəaliyyəti professor
Elmi dərəcəsi
Mükafatları
Azərbaycan SSR Dövlət mükafatı — 1970
"Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı
"Qırmızı əmək bayrağı" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni

SSRİ Coğrafiya Cəmiyyətinin xüsusi diplomlarına layiq görülmüşdür. Azərbaycanın, Dağıstanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitabçaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunmuşdur. Respublika ərazisinin fiziki-coğrafi rayonlaşdırılmasını vermiş (V.Q.Zavriyevlə birlikdə) və bunu "Azərbaycan SSR-in coğrafiya atlası"nda (1949) çap etdirmişdir. Azərbaycanın irimiqyaslı iqlim xəritəsi (1961, 1977, 1991) və torpaqşünaslarla birgə tərtib etdiyi eyni miqyaslı torpaq-iqlim xəritəsi (1955, 1970) onun nailiyyətləri sırasındadır.

Şıxlinski Ənvər Mamay oğlu 1911-ci il aprelin 13-də Qazax qəzasının Qazaxlı kəndində anadan olmuşdur. 1932-ci ildən Azərbaycan Hidrometeoroloji İdarəsində işləmiş, 1934–1947-ci illərdə iqlimşünaslıq şöbəsinin müdiri olmuşdur. 1947–54-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda şöbə müdiri və direktor işləmişdir. 1946–54-cü illərdə Bakının ali məktəblərində iqlimşünaslıq və fiziki coğrafiyadan dərs demişdir. Ölkəmizdə iqlimşünaslığın əsasını qoyanlardan biri olmuş, Azərbaycan və qonşu ərazilərin timsalında dağlıq ölkələrin iqliminə, həmçinin fiziki coğrafiyasınalandşaftının geofizikasına dair mühüm elmi tədqiqatlar aparmışdır.

"Azərbaycan SSR iqliminin təsviri" (1937, rus dilində), "Azərbaycan SSR atlası" (1963, Azərbaycan və rus dillərində), "Azərbaycan SSR-in istilik balansı atlası" (1978, Azərbaycan və rus dillərində), "Azərbaycan SSR-in iqlim xəritəsi" (1977, Azərbaycan və rus dillərində), "Azərbaycanın istilik balansı" (1969) əsərlərinin müəllifi, "Sovet Azərbaycanı" (1958) və "Azərbaycan iqlimi" (1968) monoqrafiyalarının (hər ikisi rus dilində) əsas müəlliflərindən və elmi redaktorlarından biri olmuşdur. Onun rəhbərliyi altında onlarla elmi kadrlar hazırlanmışdır.

1969 və 1975-ci illərdə SSRİ Coğrafiya Cəmiyyətinin xüsusi diplomlarına layiq görülmüşdür. Qırmızı Əmək Bayrağı, ikinci dərəcəli Vətən müharibəsi ordenləri və medallarla təltif edilmişdir. Görkəmli iqlimşünas coğrafiyaçı alim olan Şıxlinski Azərbaycan Respublikasında yağıntıların paylanması, Azərbaycan iqlimi, iqlim xəritəsi, istilik balansı atlası kimi sanballı əsərlərin müəllifidir. İqlimə və landşaftşünaslığa dair nəzəri işləri ilə məşhurdur.