Ənvər Abbasov (alim)

Ənvər Məhəmməd oğlu Abbasov (3 iyun 1951, Kövər, Yevlax rayonu) — Azərbaycanın pedaqoq alimi, əməkdar müəllim, pedaqoji elmlər namizədi (1988), dosent (1991).

Ənvər Abbasov
Ənvər Məhəmməd oğlu Abbasov
Doğum tarixi 3 iyun 1951(1951-06-03) (73 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahələri Pedaqogika, xüsusi metodika (Azərbaycan dilinin tədrisi metodikası)
Elmi dərəcəsi pedaqoji elmlər namizədi
Elmi adı
İş yeri Təhsil İnstitutunun direktor müavini
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Mükafatları Qabaqcıl maarif xadimi döş nişanı;
Tərəqqi medalı;
Əməkdar müəllim

Ənvər Abbasov 1951-ci il iyunun 3-ü Yevlax rayonunun Kövər (Malbinəsi) kəndində anadan olmuşdur. 1957–65-ci illərdə Kövər kənd səkkizillik məktəbində oxumuşdur. 1965-ci ildə Nizami adına Malbinəsi kənd orta məktəbinin IX sinfinə qəbul olunmuş və 1967-ci ildə orta təhsilini başa vurmuşdur. Həmin ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə həmin institutu başa vurub təyinatla Yevlax rayonuna göndərilmişdir. 1975-ci ilə qədər həmin rayonunun Kövər kənd və M.F.Axundov adına 1 nömrəli şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. Elə ilk məqalələrini ("Boyük sənətkar", "Yuxular və insanlar", "Aşıq Ələsgər novator sənətkardır") də bu dövrdə yazmış, müəllimi mərhum professor Məmmədhüseyn Təhmasibin müsbət rəyini qazanmışdır. 1975-ci ildə şagirdləri Respublika inşa yazı müsabiqəsində ikinci yer tutduğu üçün "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olunmuşdur. Ə.M.Abbasov 1975–77-ci illərdə Yevlax rayon və şəhər maarif şöbələrində (indiki Yevlax rayon təhsil şöbəsi) metodist vəzifəsində işləmişdir. Hələ o dövrdə maarif şöbəsində işləyə-işləyə həm məktəbdə müəllimlik fəaliyyətini davam etdirmiş, həm fəal təhsil işcisi kimi qabaqcıl təcrübənin öyrənilib yayılması ilə məşğul olaraq bülletenlər hazırlayıb çap etdirmiş, həmin bülletenlərə görə o dövrün pedaqoq alimlərinin müsbət rəyini qazanmışdır. Həm də ardıcıl olaraq respublika və rayon mətbuatında filoloji, elmi-metodik, publisistik məqalələrlə çıxışlar etmişdir. 1975-ci ildə "Koroğlu" dastanını tədris edərkən…" adda məqaləsini yazaraq ilk dəfə 1975-ci ildə həmin məqalə ilə "Azərbaycan müəllimi" qəzetində çıxış etmışdir. Ailəlidir, 2 övladı var.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ənvər Abbasov 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunun Azərbaycan dilinin tədrisi metodikası şöbəsinə elmi işçi vəzifəsinə qəbul olunmuşdur. O, böyük dilci-alim, metodist, professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi bu şöbədə calışmış, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir. 1982-ci ildə dissertanturaya qəbul olunmuş, pedaqoji elmlər doktoru, professor Əziz Əfəndizadənin rəhbərliyi ilə "Rus məktəblərində Azərbaycan dili təlimi məzmununun linqvistik-didaktik problemləri" mövzusunda dissertasiya üzərində işləyərək onu 1988-ci ildə müdafiə etmiş, pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1990–2000-ci illərdə institutun elmi katibi vəzifəsində işləmiş, 1994-cü ildə professor Əziz Əfəndizadə dunyasını dəyişdikdən sonra institutun Azərbaycan dilinin tədris metodikası şöbəsinə rəhbərlik də ona həvalə olunmuşdur. 200-dən çox elmi-metodik və pedaqoji əsərin, o cümlədən 40-a qədər dərslik, kitab və kitabçanın müəllifi olan Ənvər Abbasov bu dövrdə Azərbaycan dilinin tədrisi metodikası ilə ardıcıl olaraq məşğul olmuş, Azərbaycan dili təlimi məzmununun, eləcə də prosesinin təkmilləşdirilməsi istiqamətində tədqiqatlara rəhbərlik etmiş və bilavasitə bir tədqiqatçı kimi araşdırmalar aparmışdır. Təlim Azərbaycan dilində olan məktəblərin V, X–XI, təlim rus dilində olan məktəblərin V, X, təlim gürcü dilində olan məktəblərin V–VI sinifləri üçün dərsliklərin müəllifləri olmuşdur. Eyni zamanda məktəbli üçün ilk "Azərbaycanca-rusca lüğət" (1985) kitabını (müəlliflər kollektiv ilə) hazırlamışdır. O, daim Azərbaycan dili müəllimlərini, eləcə də digər müəllimləri maraqlandıran aktual problemlərlə bağlı mətbuatda cıxışlar etmiş və ardıcıl olaraq onları istiqamətləndirmək üçün tövsiyələr vermişdir.

Ənvər Abbasov 2000-ci ildə Təhsil Problemləri İnstitunda direktor müavini, 2004-cü ildən isə direktor müavini vəzifəsi ilə yanaşı, ölkəmizdə ilk dəfə yaranmış Kurikulum Mərkəzinin direktoru vəzifəsinə təyin olunur və Respublikada aparılan Təhsil İslahatlarının fəal iştirakçısı kimi çıxış edir. Azərbaycan Respublikası təhsil nazirinin "İşçı qruplarının yaradılması haqqında" 08.02.2006-cı il tarixli, 87 nömrəli əmri ilə qrupların səmərəli fəaliyyətinin təmin olunması, onların işinin əlaqələndirilməsi və tənzimlənməsi məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi və fənn kurikulumlarının hazırlanması işinin istiqamətləndirilməsinə rəhbərlik edən şəxslərdən biri kimi fəaliyyət göstərir. Onun rəhbərliyi ilə İnstitutda ölkəmizin təhsil tarixində ilk hadisə kimi nətcəyönümlü təhsil kurikulumlarının ("Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Mill Kurikulumu) və ümumi təhsil məktəbləri ücün 21 fənn üzrə standart və kurikulumlar hazırlanır. Onların hazırlanmasında 300-dən cox müəllim, məktəb rəhbəri və təhsil mütəxəssisi iştirak edir. Həmin sənədlər 2006, 2007, 2011-ci illərdə təsdiq olunaraq məktəblərin istifadəsinə verilir. "Kurikulum islahatı" alt-komponentinin koordinatoru Aydın Əhmədovla birgə çapa hazırladığı ibtidai siniflər üçün fənn kurikulumları ("Ümumtəhsil məktəblərinin I–IV sinifləri üçün fənn kurikulumları" adda) 2008-ci ildə "Təhsil" nəşriyyatında nəşr olunur. (Azərbaycan təhsilinin tarixində ilk dəfə hazırlanmış bu kurikulumlarda ilk təhsil standartları, strategiyaları və qiymətləndirmə mexanizmləri əhatə Edilmişdir.) O, "Kurikulumların hazırlanması və tətbiqi məsələləri" (Bakı, Kövsər nəşriyyatı, 2008), "Kurikulum islahatı: tətqiqatlar və nəticələr" (Bakı, Mütərcim nəşriyyatı, 2011), "Ümumi təhsilin fənn standartları I–XI siniflər" (Bakı, Mütərcim nəşriyyatı 2012), "Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri" (Bakı, Mütərcim nəşriyyatı, 2014), "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı(kurikulumu)" (Bakı, ARTPİ-nin TTM-nın nəşriyyatı, 2014), "Məktəb kurikulumları" (Bakı, ARTPİ-nin TTM-nın nəşriyyatı, 2015), "Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (V–XI siniflər)" (Bakı, ARTPİ-nin TTM-nın nəşriyyatı, 2015), "Kurikulum islahatı: biblioqrafik məlumat" (Bakı, ARTPİ-nin TTM-nın nəşriyyatı, 2016), "Standart və kurikulumlar: nəzəri və praktik məsələlər" (Bakı, 2016) adda tətqiqatların aparılmasına və nəşr olunmasına rəhbərlik edir.[1]

Ənvər Abbasov təhsil islahatları dövründə dünyanın inkişaf etmiş ölkələrində təhsil təcrübələrini öyrənmək məqsədi ilə səfərlərdə olmuşdur. Xüsusilə kurikulumların hazırlanması ilə bağlı ABŞ-nin (2001), Finlandiyanın (2003,2012), İsveçin (2003), Hollandiyanın (2005), Avstraliya[1] nın (2006), Kanadanın (2007), Litvanın (2009), Braziliyanın (2010) kurikulumların hazırlanması sahəsindəki təcrübələrini öyrənmiş, Azərbaycanda məktəbəqədər təhsil və ümumi təhsil pillələrinin yeni məzmun və texnologiyalarının hazırlanması və tətbiqinə rəhbərlik etmiş ondan istifadə olunması üçün təkliflərlə cıxışlar etmişdir.

Ənvər Abbasov 2010-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti vəzifəsində işləyir. Azərbaycan dilinin tədrisi metodikası fənnindən dərs deyir. O, Azərbaycan dilinin təliminin problemləri üzrə ardıcıl olaraq tədqiqatlar aparır. Azərbaycan dili təliminin həm Azərbaycan məktəblərində, həm də digər dillərdə olan məktəblərdə öyrədilməsi istiqamətində apardığı araşdırmaların nəticələrindən ümumtəhsil məktəblərində istifadə olunur. Xüsusilə Azərbaycan dili təlimi məzmununun xüsusiyyətləri ilə əlaqədar gəldiyi nəticələr, irəli sürülmüş təkliflər tətbiq edilir. Ə.M.Abbasovun hazırlamış olduğu "Azərbaycan dili" (Ümumtəhsil məktəblərinin V–XI sinifləri üçün proqram) (2002), Azərbaycan dilinin tədrisi metodikası (ali təhsilin bakalavr pilləsi ücün) (2003), Azərbaycan dili (təlim qeyri-dildə olan məktəblər üçün proqram)(2004) proqramlar onun təlimin məzmunu üzrə apardığı araşdırmalarının nəticəsi kimi meydana cıxır. İstər orta, istərsə də ali təhsil müəssisələri üçün hazırlanmış bu proqramlarda Azərbaycan dilinin müasir zamanda daha keyfiyyətli öyrədilməsi istiqamətində optimal məzmunun hazırlanmasını diqqət mərkəzində saxlanılmışdır.

Ə.M.Abbasov Azərbaycan dili təlimi məzmunu ilə bağlı apardığı tədqiqatlarının nəticələrindən həm də müəllimlərin səmərəli pedaqoji fəaliyyətə yönəldilməsi işində də istifadə etmiş, vaxtaşırı Azərbaycan dili müəllimlərini istiqamətləndirmək üçün tövsiyələr hazırlayaraq çap etdirmişdir. Bu tövsiyələrin, əsasən, iki istiqamətdə olduğu müşahidə edilir. Onlardan birincisi, müvafiq məsələlərə aid olan metodiki məqalələrdir ki, bunlar bilavasitə müəllimin strateji fəaliyyətini dəstəkləmək, ona təlim texnologiyalarının seçilməsində yardım göstərmək məqsədi daşıyır. İkincisi isə nümunəvi planlaşdırmaların hazırlanmasından ibarətdir. Bu planlaşdırmalar müəllimlərin daha çox çətinlik çəkdikləri planlaşdırma fəaliyyəti ilə əlaqədardır ki, Ə.Abbasov bu məsələni də həmişə özünün elmi-metodik yaradıcılığında prioritet istiqamətə çevirmişdir.

Ənvər Abbasovun elmi yaradıcılığının əsas istiqamətlərindən birini də Pedaqogika nəzəriyyəsinə aid olan didaktika üzrə apardığı tədqiqatlar təşkil edir. Bu tədqiqatlar daha cox müasir məktəbin tələbatları ilə bağlı araşdırmalardır. Xüsusilə ümumi təhsil sahəsində yeni siyasətin müəyyən olunması, yeni məzmunun yaradılması, yeni texnologiyaların hazırlanması istiqamətində aparılan tədqiqatlardır.

Ənvər Abbasovun elmi-pedaqoji fəaliyyəti hökumətimiz tərəfindən dəyərləndirilmişdir. O, 2005-ci ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adı və 2021-ci ildə III dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur.

Elmi yeniliklər

[redaktə | mənbəni redaktə et]
  • Ümumi təhsilin milli kurikulumunun hazırlanması. Fənn kurikulumlarının hazırlanması. Ümumi təhsildə nəticəyönümlü məzmunun yaradılması.Ali pedaqoji universitetlər üçün "Azərbaycan dilinin tədrisi metodikası" fənninin yeni məzmununun (standart və kurikulumlarının) yaradılması[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1971–1973-cü illərdə Yevlax rayon, Kövər kənd orta məktəbində dil-ədəbiyyat müəllimi;
  • 1973–1975-ci illərdə Yevlax şəhər 1№-li məktəbdə dil-ədəbiyyat müəllimi ;
  • 1975–1977-ci illərdə Yevlax Şəhər Maarif Şöbəsində metodist;
  • 1977–1989-cu illərdə kiçik elmi işçi;
  • 1989–1990-cı illərdə baş elmi işçi;
  • 1990–2000-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedoqoji Elmlər İnstitutunun elmi katibi,
  • 1996–2000-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedoqoji Elmlər İnstitutunda Azərbaycan dilinin tədrisi metodikası şöbəsinin müdiri;
  • 2001-ci ildən etibarən Təhsil Problemləri İnstitutunda direktor müavini, Kurikulum mərkəzinin direktorudur.[1]

2022 ci ildən Bakı Slavyan Universiteti -prorektor

Apardığı dərslər

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan dilinin tədrisi metodikasi
  • Linqvistik təhlilin elmi-metodik əsasları
  • Ümumtəhsil kurikulumunun əsasları

İctimai əsaslarla apadığı vəzifələr

[redaktə | mənbəni redaktə et]
  • Fasiləsiz pedaqoji təhsil üzrə koordinasiya şurasında alt qrupun sədri
  • "Azərbaycan məktəbi" jurnalının redaksiya heyətinin üzvü
  • "Kurikulum" jurnalının redaksiya heyətinin üzvü
  • "Azərbaycan dili və ədəbiyyat" tədrisi jurnalının redaksiya heyətinin üzvü

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]
  • "Azərbaycan Respublikasında təhsil islahatı" konfransı. Bakı, 1995-ci il;
  • "Ümumtəhsil məktəblərinin aktual problemləri" mövzusunda respublika ali məktəblərarası elmi- praktik konfransı. Bakı, 1996;
  • Azərbaycan ETPEİ-də 1998-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş elmi konfrans. Bakı, 1999;
  • "Pedaqoji kadr hazırlığı, problemlər, vəzifələr" mövzusunda beynəlxalq simpozium. Naxçıvan, 2009;
  • "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" mövzusunda respublika elmi-praktik konfrans. Bakı. "Mütərcim", 2010;
  • "Tədris Prosesinin Təkmilləşdirilməsinin Pedaqoji-Psixoloji Problemləri" mövzusunda beynəlxalq konfrans. (şərikli). Naxçıvan, 2011;
  • "Tədris Prosesinin Təkmilləşdirilməsinin Pedaqoji-Psixoloji Problemləri" mövzusunda beynəlxalq konfrans. Naxçıvan,2011;
  • "Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda II respublika elmi metodiki konfrans. Bakı 2011;
  • Международной конференции Созвучие национальных и обшечеловеческих ценностей в эпоху нового возрождения. 10 сентября 2011 г. Ашгабад;
  • "Təhsil sistemində Monitorinq və Qiymətləndirmənin yeri" mövzusunda Respublika elmi-praktik konfrans. Bakı-2012;
  • Respublika elmi konfransı. Bakı 2012;
  • "Təhsil sistemində Monitorinq və Qiymətləndirmənin yeri" mövzusunda Respublika elmi-praktik konfrans. Bakı-2012;[1]
  • İlköğretim və Ortaöğretimde Eğitim Kalitesinin yükselttilmesi, Öğretmen Eğitiminde Yeni Eğilimler Uluslararası Sempozyumu- Öyes2013, 9–11 mayıs 2013, Hacettepe Üniversitesi, Eğitim Fakültesi Beytepe Kampüsü, Ankara/Türkiyə, səh.86;[2]
  • "Azerbaycan dili" ders kitablarının linguistik esasları, Ankara uluslararası bilimsel araştırmalar konqresi. 4–6 ekim 2019, Ankara seh. 1023–1028;[3]

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan dilinin tədrisi metodikası
  • Pedaqogika nəzəriyyəsi

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Rus məktəblərində Azərbaycan dili fənni üzrə kadr hazırlığı problemlərinin proqnozlarından biri haqqında. "Azərbaycan dili. Respublika elmi-metodik konfransının materialları". V.İ.Lenin adına APİ-nin nəşri. Bakı, 1984;
  • Qeyri-Azərbaycan məktəbləri üçün türk dili dərsliklərinin nəzəri problemləri. "Azərbaycan Respublikasında təhsil islahatı" konfransı. Bakı, 27–28 yanvar, 1995-ci il;
  • Təlim rus dilində olan məktəblərdə Azərbaycan dili tədrisinin tarixindən. "Pedaqoci tədqiqatlar: axtarışlar, tapıntılar" məc., Bakı, 1996;
  • Ali məktəblərin rus qruplarında Azərbaycan dili təliminin problemləri."Ali pedaqoji məktəblərdə humanitar və ictimai elmlərin tədqiqi və tədrisi məsələləri" respublika elmi konfransının məruzə tezisləri, 16–17 yanvar, 1995-ci il, Bakı, 1996;
  • Azərbaycan dili dərsliklərinin nəzəri problemləri. "Ümumtəhsil məktəblərinin aktual problemləri" mövzusunda respublika ali məktəb-lərarası elmi- praktik konfransının tezisləri". Bakı, 1996;
  • Təhsil islahatı və kurikulumların hazırlanması problemi. "Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri", Bakı, 2005, №1;
  • Ümumi təhsilin məzmun islahatalrı: real standartlara doğru. "Azərbaycan məktəbi" jurnalı, Bakı, 2005, №4;
  • Təhsil islahatı və kurikulum. "İbtidai məktəb və məktəbə qədər tərbiyə", 2005, №1
  • Təhsil Problemləri İnstitutunda Azərbaycan dilinin tədrisi ilə bağlı tədqiqatların tarixinə dair. "Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri", Bakı, 2006, №1;
  • Avstraliyada təhsil. "Azərbaycan məktəbi", Bakı, 2006, №4;
  • Yeni fənn kurrikulumlarının səciyyəvi cəhətləri. "Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri", Bakı, 2007, №1;
  • İbtidai təhsilin fədaisi. "Azərbaycan məktəbi"jurnalı, Bakı, 2007, №3;
  • Ümumtəhsil kurrikulumlarının növləri. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Elmi əsərlər 2008. №3;
  • Şəxsiyyətyönümlü kurrikulumlar əsasında yaradılan dərsliklərin xüsusiyyətləri. "Kurikulum" jurnalı. 2008, №4;
  • Ümumtəhsil kurikulumlarının hazırlanması üzrə tədqiqatların nəticələri barədə. TPİ-nin "Elmi əsərləri", 2009, № 1;
  • Qloballaşma şəraitində ilkin müəllim hazırlığının başlıca istiqamətləri. "Pedaqoji kadr hazırlığı, problemlər, vəzifələr" mövzusunda beynəlxalq simpoziumun materialları. Naxçıvan, 2009;
  • Kurikulum islahatı zamanın tələbidir. "Kurikulum"jurnalı, 2010, № 1;
  • Müəllim-şagird münasibətlərinin yeni mərhələsi. "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" mövzusunda respublika elmi-praktik konfransın materialları. Bakı. "Mütərcim", 2010;
  • Azərbaycan Respublikası ümumtəhsil məktəblərində kurikulum islahatının başlıca istiqamətləri. "Tədris Prosesinin Təkmilləşdirilməsinin Pedaqoji-Psixoloji Problemləri" mövzusunda beynəlxalq konfransın Materialları. Şərikli, Naxçıvan, 2011;
  • Müasir Azərbaycan dili dərsliklərinə verilən başlıca tələblər. "Tədris Prosesinin Təkmilləşdirilməsinin Pedaqoji-Psixoloji Problemləri" mövzusunda beynəlxalq konfransın materiallari. Naxçıvan,2011;
  • Məktəbəqədər Təhsilin Konseptual Problemləri. "Kurikulum" jurnalı, 2011, (şərikli);
  • "Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəltməyin mühüm şərtləri. Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda II respublika elmi metodiki konfransın materialları, Bakı 2011, səh. 9–13;
  • Kurikulum islahatının əsas istiqamətləri, "Azərbaycan məktəbi" jurnalı, №4, 2011, səh.21–32;
  • Müasir dərsliklər: xüsusiyyətlər, tələblər, Elmi əsərlər, 2011, №4, səh. 65–71;
  • Yeni dərs ili, yeni vəzifələr, (A.Mehrabovla birgə), "Azərbaycan məktəbi" jurnalı. 2011. №5, səh. 15–24, 2011;
  • Какими должны быт учебники по радному языку. Материалы международной конференции Созвучие национальных и обшечеловеческих ценностей в эпоху нового возрождения. 10 сентября 2011 г. Ашгабад, ст. 330–331;
  • Qiymətləndirmə konsepsiyası-konseptual sənəd "Təhsil sistemində Monitorinq və Qiymətləndirmənin yeri" mövzusunda Respublika elmi-praktik konfransın materialları (27 aprel 2012-ci il), Bakı-2012, səh. 11–16;
  • Azərbaycan dili dərsliklərinin hazırlanması prinsipləri. Respublika elmi konfransının materialları, 28 iyun 2012 , Bakı 2012, səh. 14–16;[4]
  • Müdriklik təbiətlə həmahəng olmalıdır, "Azərbaycan məktəbi" jurnalı, 2012, №2, səh. 108;
  • Yeni dərs ili, yeni vəzifələr, (A.Mehrabovla birgə) "Azərbaycan məktəbi" jurnalı, №5, 2012, səh. 17–26;
  • Təhsil standartlarının yaradılması mühüm pedaqoji problem kimi, "Azərbaycan məktəbi" jurnalı, 2012, №1, səh. 15–21;
  • Müsair dərs: o necə olmalıdır? Kurikulum jurnalı, 2013, №3, səh. 54–57;[5]
  • Ümumi təhsildə inteqrasiya:müasir yanaşmalar. Kurikulum, 2013, №2, səh.14–21;[6]
  • Müəllimlərin sentyabr konfransında. Məktəbəqədər və ibtidai təhsil, 2013, № 3 səh.4–11.[1]
  • "Yaddaş məktəbi"ndən "düşüncə və təfəkkür məktəbii"nə. Kurikulum,2014, № 1, səh.15–23[7]
  • Ümumi təhsilin stavdartları tarixilik və müasirlik müstəvisində. Kurikulum, 2014, № 4, səh.17–23[8]
  • Təhsilin yeni məzmunu necə olmalıdır? "Təhsil kurikulumları: praktik tətbiqlər" mövzusunda kecirilmiş Respublika konfransının materialları (24 aprel 2015) Naxçıvan Müəllimlər İnstitutu "Məktəb" nəşriyyatı, Naxçıvan, 2015, səh. 97–99
  • Ümumi təhsil standartlarının psixopedaqoji xüsusiyyətlərinə dair. Azərbaycan məktəbi, 2014, № 4,səh.17–23 https://journal.edu.az/files/2014/№6/Anvar%20Abbasov.pdf[ölü keçid]
  • 12 illik təhsilin bəzi pedaqoji problemləri. Kurikulum, 2016, № 4, səh. 5–10 https://drive.google.com/file/d/0B7kUkjqPdlULdFZHOEg1WC1iQjQ/view
  • Ümumi təhsil pedaqoji mülahizələr müstəvisində, Kurikulum, 2017, № 2, səh. 11–18[9]
  • "Kurikulum" jurnalı: qısa tarixi xülasə. Kurikulum 2017, № 4, səh. 7–17[10]
  • Ümumi təhsilin bəzi pedaqoji məsələlərinə dair" "Ümumtəhsil fənlərinin tədrisinə dair tədqiqlər" kitabı. Bakı, ARTİ, 2017 səh.286
  • Təhsil paradiqmasında ümumi təhsil. "Kurikulum" jurnalı, 2018, № 1 səh. 6–12
  • Azərbaycan dili dərsliklərinin funksiyaları. "Müəllim hazırlığıstrateji hədəflərdən biri kimi" mövzusunda Respublika Elmi Konfransının materialları. Bakı şəhəri,18 iyun 2018-ci il səh. 62–64
  • Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətində prioritetlər. "Kurikulum" jurnalı, 2018, № 2 səh. 14–22
  • Azərbaycan Respublikasının əməkdar müəllimi Asif Cahangirova açıq məktub. Azərbaycan Respublikasının Təhsil İnstitutu. Elmi əsərlər, 2018, № 6 səh.308–311
  • Azərbaycan təhsil standartları:təşəkkülü və inkişafı. Peşə təhsili və insan kapitalı, 2018,№3 səh.34–38[11]
  • Elmi redaktordan məqalə "Fənn kurikulumlarının tətbiqi məsəslələri", Bakı, Mütərcim, 2018, 180 səh.səh.4
  • Ümumi təhsil standartlarının yaradılması və inkişafına dair. "Fənn kurikulumlarının tətbiqi məsəslələri", Bakı, Mütərcim, 2018, 180 səh. səh.5–15
  • İnnovativ pedaqoji texnologiyalar. "Kurikulum" jurnalı, 2018, № 4 səh.5–11. K.Quliyeva.[12]
  • Təlim prosesində mənimsəmə və onun mərhələləri. "Kurikulum" jurnalı, 2019, № 1 səh.5–12.[13]
  • Ana dili dərslikləri necə olmalıdır? "Məktəbəqədər və ibtidai təhsil", 2019, № 3 səh.15–19
  • Şagirdlərin Azərbaycan dili üzrə dinləyib-anlama bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi Əsərlər, cid 87, № 5, 2020, səh.63-68 https://www.arti.edu.az/noduploads/book/arti-elmi-asarlar-2020-5.pdf
  • Əməkdar elm xadimi,professor Fərrux Rüstəmova açıq məktub, Azərbaycan Respublikasının Təhsil İnstitutu,Elmi Əsərlər,cid 88, № 1, 2021, səh.153-157 https://www.arti.edu.az/noduploads/book/arti-elmi-asarlar-2021-1.pdf
  • Təhsil İnstitutu və Azərbaycan pedaqoji fikrinin inkişafına onun təsiri,Azərbaycan Respublikasının Təhsil İnstitutu,Elmi Əsərlər, cild 88,

№ 3,2021, səh.4-11 https://www.arti.edu.az/noduploads/book/elmi-asarlar-2021-3-qisaldilmis.pdf

INNOVATIVE SCIENCES CONGRESS November 24-26, 2023 / ANKARA səh. 349-353 https://www.24kasim.org/_files/ugd/614b1f_206143a9e6a54824bc8150595c1d89e0.pdf


Orta məktəb üçün

[redaktə | mənbəni redaktə et]
  • Respublikanın təlim erməni və gürcü dillərində olan məktəblərinin IV–X sinifləri üçün Azərbaycan dilindən proqram materiallarının təxmini planlaşdırılması (1982/83-cü dərs ili üçün) Bakı, 1982
  • Azərbaycan dili. Təlim rus dilindən olan məktəblərin II–X sinifləri üçün Bakı, 1983;
  • Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin IV sinifləri üçün, (şərikli), Bakı, "Maarif", 1983;
  • Respublikanın təlim erməni və gürcü dillərində olan məktəblərinin IV–X sinifləri üçün Azərbaycan dilindən proqram materiallarının planlaşdırılması (1984/85-ci dərs ili üçün). Bakı, 1984;
  • Azərbaycan dili. Rus məktəbinin V sinfi üçün. (Şərikli), Bakı, 1985;
  • Respublikanın təlim erməni və gürcü dillərində olan məktəblərinin IV–X sinifləri üçün Azərbaycan dilindən proqram materiallarının planlaşıdırlması (1985/86-cı dərs ili üçün). Bakı, 1985;
  • Azərbaycanca-rusca lüğət. Orta məktəb şagirdləri üçün. Bakı, "Maarif" 1985;
  • Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin III–XI sinifləri üçün. Bakı, 1986;
  • Azərbaycan dili. Respublikanın təlim gürcü dilində olan məktəblərinin V–VI sinifləri üçün ,Bakı, 1988;
  • Təlim rus dilində olan məktəblərdə Azərbaycan dili və ədəbiyyatın tədrisinə dair. Bakı, 1989;
  • Ədəbiyyat. XI sinif üçün, Bakı, 1995
  • Azərbaycan dili Təlim rus dilində olan məktəblərin 10-cu sinfi üçün, XXI — YNE, Bakı, 2001;
  • Ümumtəhsil məktəblərində seçmə fənlər. Bakı, "Nasir", 2001;
  • Azərbaycan dili V sinif üçün, Bakı, "Təhsil", 2003;
  • Azərbaycan dili. 10–11-ci siniflər üçün dərslik, "Təhsil" nəşriyyatı, Bakı, 2004
  • Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin 10-cu sinfi üçün dərslik, Bakı, 2004
  • Təlim qeyri-Azərbaycan dilində olan məktəblərin I–XI sinifləri üçün Azərbaycan dili, Bakı, 2004;
  • Azərbaycan dili. (Şərikli), X–XI siniflər üçün, Bakı, "Təhsil", 2004;
  • Azərbaycan dili. (Şərikli), V sinif üçün, Bakı, "Təhsil", 2004;
  • Azərbaycan dili. V sinif üçün, Bakı, "Çaşıoğlu ", 2004;
  • Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin X sinfi üçün. Bakı, 2005;
  • "Azərbaycan dili — 5". Təlim rus dilində olan məktəblər üçün dərslik. 2009;
  • "Azərbaycan dili — 10". Təlim rus dilində olan məktəblər üçün dərslik. 2009;
  • Ümumi elmi təhsilin fənn standartları (I–II siniflər), Bakı Mütərcim 2012, 402 səh. A.Aydınov, İ.Cavadov, A.Əhmədovla birlikdə;
  • Azərbaycan dili. 5-ci sinif üçün dərslik, "Təhsil" nəşriyyatı, Bakı, 2003
  • Azərbaycan dili. 10–11-ci siniflər üçün dərslik, "Təhsil" nəşriyyatı, Bakı, 2004
  • Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin 10-cu sinfi üçün dərslik, Bakı, 2004;
  • "Azərbaycan dili — 5". Təlim rus dilində olan məktəblər üçün dərslik. 2009;
  • "Azərbaycan dili — 10". Təlim rus dilində olan məktəblər üçün dərslik. 2009.
  • Azərbaycan dilinin tədrisi metodikas.Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqram ADPU-nun mətbəəsi, Bakı, 2018 29 səh. A. Balıyev
  • Qabaqcıl maarif xadimi döş nişanı;
  • Tərəqqi medalı.
  • Əməkdar müəllim
  1. 1 2 3 4 5 6 7 8 "Ənvər Məhəmməd oğlu Abbasov". 2018-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13.
  2. "Arxivlənmiş surət" (PDF). 2018-07-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-02-19.
  3. "Arxivlənmiş surət" (PDF). 2020-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-02-19.
  4. [1]
  5. [2]
  6. [3]
  7. [4]
  8. [5]
  9. [6][ölü keçid]
  10. [7]
  11. "Arxivlənmiş surət" (PDF). 2021-10-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-02-27.
  12. [8]
  13. [9]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]