Rzayev Ənvər İsmayıl oğlu (Ənvər Rza; 3 mart 1939, Aşağı Ayrım, Kəlbəcər rayonu – 8 iyun 1987, Moskva) — Azərbaycan şairi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1969), dosent (1983).
Ənvər Rza | |
---|---|
Ənvər İsmayıl oğlu Rzayev | |
Doğum tarixi | 3 mart 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 8 iyun 1987 (48 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | tərcüməçi, şair, müəllim |
Üzvlüyü |
Ənvər Rza 1939-cu il martın 3-də Azərbaycanın Kəlbəcər rayonunun Aşağı Ayrım (Binə) kəndində anadan olmuşdur.
Orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil almışdır (1957–1962).
M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili leksikası kafedrasında müəllim (1962–1967), baş müəllim (1967–1972), kafedra müdiri (1972–1979), Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili leksikası kafedrasında dosent (1979–1987) işləmişdir.
1987-ci il iyunun 8-də Moskvada vəfat etmiş, vəsiyyətinə əsasən, öz doğma kəndində dəfn olunmuşdur.[1]
"Göz işığı" adlı ilk şeri "Ədəbiyyat və incəsənət" qəzetinin 10 fevral 1962-ci il tarixli sayında çıxdıqdan sonra bədii yaradıcılığa başlamışdır. Dövri mətbuatda şerləri və bədii tərcümələri ilə çıxış edir. Bayronun "Şilyon məhbusu", "Mazepa", "Parizina" poemalarını tərcümə etmişdir. "İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Ənvər Rza poetik şair və bacarıqlı tərcüməçi idi. V. Şeksprin, G. Bayronun poemalarını İngilis dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Bunlardan başqa, S. Vurğunun "Vaqif" dramını ingilis dilinə, G. Bayronun "Çayıld Haroldun Səyahəti" poemasını Azərbaycan dilinə tərcümə etmiş, vaxtsız ölüm imkan verməmişdir ki, onları tamamlasın.