Aşağı Ayrım — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd.[1]
Aşağı Ayrım | |
---|---|
40°07′43″ şm. e. 46°01′56″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.574 m |
Saat qurşağı | |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Aşağı Ayrım Kəlbəcər rayonunun Oktyabrkənd inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Kənd Ayrım çayının Aşağı hissəsində yerləşdiyi üçün belə adlandırılmışdır[2]. Digər məlumatlara görə Yuxarı Ayrım və Aşağı Ayrım kəndlərinin türk ayrım tayfalarının adı ilə bağlıdır.[3]
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Ayrım kəndində 129 evdə 684 şiə kürd yaşayırdı.[4]