Ənvər Xaspolad qızı Tutayuq — repressiya qurbanı. Şuşanın Tutayuqlar nəslindəndir.
Ənvər Tutayuq | |
---|---|
Ənvər Xaspolad oğlu Tutayuq | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | Əyyub Hacıyev |
Uşaqları | Ayişə, Meyra |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu |
O, 1910-cu ildə anadan olub. 1925-ci ildə orta məktəbi bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayıb. Bir müddət Şuşadakı "Nərimaniyyə" məktəbində dərs deyib. 1937-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Lakin həmin vaxt həyat yoldaşı, Şuşa Pedaqoji Texnikumunun müəllimi Əyyub Hacıyev müsavatçı kimi həbs edilib. Onu əksinqilabçılıqda, antisovet təbliğat aparmaqda təqsirləndiriblər. Ərinin antisovet təşkilatının üzvü olduğu barədə çıxarılan hökmə görə Ənvər xanımı da xalq düşməninin arvadı kimi həbs edərək Bayıl həbsxanasına göndəriblər. 1938-ci ilin aprelində Ənvər xanıma səkkiz il iş kəsilib və cəzasını çəkmək üçün Mordova Muxtar Sovet Sosialist Respublikasının Temnikov şəhər islah-əmək düşərgəsinə göndərilib. Ənvər Tutayuq tutulan vaxt hamilə olduğundan sürgün yerinə çatmazdan əvvəl - 1938-ci ilin may ayında Moskva vilayəti Potma rayonunun Yavaş qəsəbəsindəki 15 nömrəli həbs düşərgəsində saxlanılıb. Burada onun oğlu dünyaya gəlib. Lakin zalımlar iki aylıq körpəni onun əlindən alaraq uşaq evinə göndəriblər, özünü də sürgünə. Başına gələn bu haqsızlığa və zülmə dözə bilməyən Ənvər Tutayuqun 28 yaşında ürəyi partlayıb.[1]