Ənvəri, Əvhədəddin Əli ibn Məhəmməd Haravani (Farsca: انوری اوحد الدین علی ابن محمد) (1126 və ya təq. 1116[1], Əbivərd[1] – 1190[2] və ya təq. 1189[3], Bəlx, Bəlx vilayəti) — İran şairi.
Ənvəri | |
---|---|
Doğum tarixi | 1126 və ya təq. 1116[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1190[2] və ya təq. 1189[3] |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | fars dili |
Vikianbarda əlaqəli mediafayllar |
Ənvəri 1126-cı ildə Əbivərddə anadan olmuşdu. Tusda mükəmməl mədrəsə təhsili almışdı.
Mühəmməd Vakidi (740–823) xəlifə Ömərin zamanında, təqribən 638–639-cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan "Düsturnamə" əsərində də yer almaqdadır[4]. Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir.
Məşhur şair Ənvəri Bəlx şəhərində gəzişərkən görür ki, camaat bir nəfərin başına toplaşıb dinləyir. Bir az qulaq asandan sonra Ənvəriyə aydın olur ki, həmin adam onun şerlərini öz adına çıxıb oxuyur. Ənvəri şer deyən adamdan soruşur: "Oxuduğun şerlər kimindir?". Cavab verir: "Ənvərinin". Şair bir daha soruşur: "Heç Ənvərini görmüsənmi?". O adam utanmadan söyləyir: "Ənvəri elə mən özüməm də!". Şair bu həyasızlıq qarşısında mat qalıb deyir: "Şer oğrusu görmüşdüm, amma şair oğrusu görməmişdim".