Əqəbə beyəti
Əqəbə - məkkədə , məscidul-haramdan 3 km uzaqlıqda,mina hüdudları daxilində, ətrafı təpələlər əhatəli kiçik ve gizli bir vadidir. Həzrəti Peyğəmbər bu yerdə 620, 621 və 622-ci illərdə ardıcıl olaraq Həcc mövsümündə Mədinəlilərlə görüşüb. Bu görüşmələrdən birincisi sadəcə olaraq müsahibə, ikincisi ve üçüncüsü isə beyət şəklində həyata keçmişdir.
Birinci əqəbə beyəti ki, ona Beyətun-nisa da deyilir, besətin 12-ci ilində (621) bağlanib. Buna ilkdəfə 620-ci ildə zəmin hazırlanıb. Övs və xəzrəcdən olan 6 nəfərlik bir dəstə Kəbənin yaxınlında peyğəmbərlə taniş olub ve İslamı qəbul etmişlər və növbəti il əqəbədə görüşmələri haqda hz.Peyğəmbərə söz verib ayrıldılar. Növböti il yəni 621-ci ildə biri qadın olmaqla 12 nəfərlik bir heyətlə əqəbəyə Peyğəmbərlə görüşmək üçün gəldilər. Burada müşrüklərdən gizlin Peyğəmbərə beyət etdilər. Təzə Müsəlman olmuş mədinəlilər geri qaydarkən Peyğəmbər onlarla Musab ibn Ümeyri göndərdi ki, bu təzə müsəlman olanlara Quran ve Hökümləri öyrətsin, həmçinin qeyri müsəlmanları da İslama dəvət etsin. Musab ibn Ümeyr, Əsəd ibn Zürarənin evində qaldı. Ümeyrin fəaliyyəti nəticəsində Övs qəbiləsinin 2-i ən böyük qəbilə başçısı olan Sad ibn Müaz və Üseydir ibn Hudeyrin aralarında olduğu çoxlu yəsribli və Əbdul Əşhəd oğullarının hamısı müsəlman oldular.
Besətin 13-cü ilində (622) Həcc mövsümündə 2-si qadın (Nəsibə binti Kəb və Əsma binti Əmr ibn Ədi) olmaqla 75 nəfər Mədinəli məkkəyə gəldilər. Bu gəlişdə əsas məqsəd hz.Peyğəmbərlə(ə) görüşmək idi. Məkkəyə çatdıqdan sonra gizli şəkildə Peyğəmbərə xəbər göndərdilər və gecə yarsından sonra əqəbədə olacaqlarını bildirdilər. hz.Peyğəmbər əmisi Əbbasla onların görüşünə getdi. Əqəbədə bir yerə yığıldıqdan sonra Peyğəmbərin əmisi Əbbas danışmağa başladı:Ey Xəzrəcilər bildiyiniz kimi hz.Muhəmməd bizdəndir. Biz onu qəbilələrmizin hücumundan qoruduq. O, öz qəbiləsi içində izzət və şərəflə yaşayır və öz yurdunda güvəndə yaşayır. O, bütün bunlardan üz çevirib sizə qatılmağa, sizinlə bərabər olmağa qərar verib. Siz verdiyiniz sözü tutub onu müxaliflərindən qoruya biləcəksiz? yoxsa onu düşmənlərinə təslim edəcəksiz, və köməksiz bıraxacaxsız? belədirsə indidən bu işdən əl çəkin. Mədinəlilərin sözçüsü Əbbasa dedi:Sənin dediklərini eşitdik ey Əbbas. Sonra Peyğəmbərə(ə)-a dönüb dedi:Ey Allahın Rəsulu, sən də daniş. Həzrət Peyğəmbər ilk öncə Qurani-Kərimdən ayələr oxuyub daha sonra buyurdu: Qadın və uşaqlarnızı qoruduğunuz kimi, məni də qoruyacağınız şərti ilə sizinlə beyətləşirm dedi. Daha sonra mədinəlilərlə beyələşdi. Sonralar bu beyət 2-ci əqəbə beyəti kimi, tanınmağa başlandı.
Müsəlmanlar əqəbə beyəti etdikləri yerdə bir məscid tikdilər ki, sonralar bu Beyət Məscidi olaraq tanındı. Bu məscid qəməri tarixi ilə 144-cü ildə Mənsur Əbbasi, 629-cü ildə isə Müstənsir billah tərəfindən təmir olunub.