Ərşə

Ərşə kəndiQarabağın Arazbar qəzasında qərar tuturdu. Orta çağda feodal ara savaşları səbəbiylə dağıdılıb. XVIII əsr el şairi Aşıq Lələ deyir:

Lələyəm, Ərşə başı,
Çox verdim ər şabaşı.
Namərddən kişi olmaz
Dəysə də ərşə başı.

1727-ci ilə aid Osmanlı qaynağında bu qədim yurd yeri haqqında yazılır: "Arasbar qəzasına tabe olan Ərşə kəndi. Kənddə heç kim yaşamır. Otuziki tayfasından Eymirli oymağı burada əkinçiliklə məşğul olur, üşr və bəhrəni torpaq sahibinə verir. Dənli bitkilərdən əldə edilən gəlir: 47.000 ağça".

XVIII əsrin əvvəllərində Otuziki elinin Ozan oymağı da bu yurdda binələyirmiş.

Avşar elinin Ərşəli adlı oymağı, Ərdəbil yörəsində, Muğanda Ərşə adlı nahiyə vardı.