Aşıq Lələ

Aşıq Lələ (XVII əsrin sonu—XVIII əsrin əvvəli) — XVII yüzilin sonu, XVIII yüzilin önündə yaşamış el şairi.

Aşıq Lələ
Lələ Tanrıqulu oğlu
Doğum tarixi XVII əsr
Doğum yeri Gecəgözlü oymağı
Vəfat yeri Arğalı yurdu

El şairi Aşıq Lələ XVII yüzilin sonu, XVIII yüzilin önlərində yaşayıb. Yaşam yolu haqqında məlumat olduqca azdır. Bəzi mənbələrdə XVI əsrdə yaşadığı da qeyd edilir.[1]

XVIII yüzilə bağlı əlimizdə bir qaynaq var. Osmanlılar Qarabağı aldıqdan sonra, 1727-ci ildə "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" adlı vergi dəftərini hazırlayıblar. Həmin dəftərdə Cavanşir elinin Yağləvənd oymağının Gecəgözlü oymağında yaşayanların arasında bir ailə ilgi çəkir. Həmin ailənin siyahısını olduğu kimi yazımızda veririk.

Uzunəli Tanrıqulu oğlu, (Uzunəlinin) qardaşı Lələ, (Lələnin) qardaşı Əminəli. Aşıq Lələnin yaradıcılığından bilirik ki, onun Uzunəli adlı qardaşı olub. Bayatılarının birində deyir:

Uzunəli, bez gəti,
Arşın apar tez gəti.
Nə qonşuya söz apar,
Nə qonşudan söz gəti.

Lələnin həyatı keşməkeşli keçib. Oba-oba kəndbəkənd gəzib, dolanıb.

  1. Azərbaycan aşıq şeirindən seçmələr Arxivləşdirilib 2022-05-04 at the Wayback Machine, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5