Ərşad Saleh (türk. Erşat Salihi) — İraq siyasətçisi, 2011–ci ildən İraq Türkman Cəbhəsi Partiyasının başçısı.
Ərşad Saleh | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
Kərkük İraq |
Milliyyəti | İraq türkmanı |
Vətəndaşlığı | İraq |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Ərşad Saleh 1959-cu ildə İraqda, Kərkük şəhərinin Musalla məhəlləsində anadan olmuşdur.[1] İlk və orta təhsilini Kərkük şəhərində almışdır.1978-ci ildə Bağdad Universitetinin fizika-riyaziyyat fakültəsini bitimişdir. Orta məktəb illərindən başlayaraq Türkman Milli Hərəkatlarına qoşulan Ərşad Saleh, universitet illərində hərəkatın qabaqcıllarından olmuşdur. Bu fəaliyyətinə görə 1979-cu ildə Türkman Milli Hərəkatına qoşulma (türkçülük) bəhanəsi ilə Baas partiyası tərəfindən həbs edilmiş və 10 il həbs cəzasına məhkum edilmişdir. 9 il Əbu Qureyyib it rib Həbsxanasında xüsusi siyasi dustaqların saxlanıldığı bölmədə məhkum olaraq saxlanılan Ərşad Salehin qardaşı Səddam Hüseyn rejimi tərəfindən edam edilmiş və ailəsi də Kərkükdən İraqın cənubundakı vilayətlərə sürgün edilmişdir.
İraqda rejimin devrilməsindən sonra 2003-cü ildə Kərkükdə İraq Türkman Cəbhəsinin Musalla Bürosu vəzifəsinə gətirilən Ərşad Saleh, 2004-cü ildə İraq Türkman Cəbhəsi Suriya Cəbhəsi nümayəndəsi kimi çıxış etmişdir. Suriyada da 4 il xidmət edən Ərşad Saleh, 2008 - ci ildə İraq Türkman Cəbhəsinin Qurultayı ilə birlikdə Kərkük Vilayət Sədri vəzifəsini aparmağa başlamışdır.
7 mart 2010 - cu ildə İraqda keçirilən seçkilərdə Kərkükdən millət vəkili seçilmişdir və may 2011 - ci ildən etibarən İraq Türkman Cəbhəsinin yeni sədri kimi vəzifəsini davam etdirmişdir.