Ateizm adından da göründüyü kimi a-teizm, yəni teist olmayan. Yəni kamil, mükəmməl bir yaradıcı və idarə edicini inkar edən, hər hansı bir tanrı yoxdur deyənə ateist deyilir. Ateist üçün Allah, Yehova, Uzza eynidir, hamısı xəyalın məhsuludur. Ateist tanrıları və dinləri inkar edir.Ərəb ölkələrində ateistlərin dəqiq sayını demək çox çətindir. ərəb ölkələrinin mediasında ən böyük üstünlüyə malik Səudiyyə və Qətər mediası regionda ateistlərin olması, onların fəaliyyəti ilə bağlı xəbərlərin ictimaiyyətə çatdırılmasına imkan vermir.
Ərəb ateistləri yeni anlayış deyil. Islam tarixi ilə azad düşüncənin formalaşmasının tarixi paralel inkişaf edib. XX əsrin əvvəllərində Ərəb ölkələrində ateizm ilə bağlı məqalələr yazılmağa başladı. misir yazıçısı İsmayıl Madhar 1930-cu illərdə niyə mən ateistəm adlı elmi əsər yazmışdır. Başqa sözlə sekulyar düşüncə tərzi formalaşırdı [1].
Müasir dövrdə ərəb ateist qrupları sosial şəbəkələrdə populyarlaşıblar. Misir qəzeti Əl-Vəfd ateistlərin gizli dünyası adlı məqalə çap etmişdir. Regionda başlayan siyası çaxnaşmalar ateist icmalarının sayını artırdı və gizli olan ateistlərin ortaya çıxmasına səbəb oldu [2].Misirli fəalın dediklərindən - əksər gənc ərəblər dindən üz döndərirlər. Artıq cəmiyyətdə dindar insanlara və saqqallılara qarşı mənfi münasibət formalaşır. Gənclərin dini deyil dünyəvi, sekulyar kitablara tələbatları var. Kəndlərdə yaşayan əhali qəti şəkildə dindar və saqqallılara səs verməyəcəklərini bildiriblər və onların fəaliyyətinin yalnız məscidlərlə məhdudlaşdırılmasını daha münasib sayırlar [3].
1980-ci illərdə regionda mühafizəkarlıq güclənməyə başlasa da, ərəb baharından sonra ateizm bir növ etiraz formasına çevrilib. Bu, regionun siyasi və intelektual tarixində dönüş nöqtəsi ola bilər.Əksər insanlar ateist olduqlarını deməkdən çəkinirdilər, amma onlar kimi düşünənlərin olduğunu bilirlər. Ərəb ateistlərinin bir çoxu sosial şəbəkələrdə saxta hesablardan istifadə etsələr belə, onlar var və getdikcə fəallaşırlar.Ərəb ölkələrində yaşayan ateistlər üçün internet təhlükəsiz məkan deyil. Burada ateist olmaq qeyri qanuni deyil, lakin dini təhqir etdiklərinə görə onlara qarşı cəzalar var. Belə ki, Misirdə yaşayan xristian ateist olduğunu söylədikdən və sosial şəbəkədə islama qarşı film paylaşdığına görə qonşuları ondan şikayət etmiş və həbs edilmişdi. O, bunu inkar etsə də 3 il həbs cəzasına məhkum edildi. Zaminə buraxıldıqdan sonra isə Fransaya köçdü.
Fələstinli ateist Valid Əl-Hüseyni internetdə yerləşdirdiyi islama qarşı şərh və videolarına görə 2010-cu ildə həbs edildi. Məhkəmə prosesi olmadan bir neçə ay saxlanıldıqdan sonra buraxılan şəxs Fransaya köçdü.60-dan çox ərəb dilində ateist facebook səhifələri mövcuddur, xüsusilə də çoxu ərəb baharından sonra yaradılıb. Belə fikir də var ki, islama hücum etmək Avropaya ucuz yolla alınan biletdir. ərəb baharından sonra cəmiyyət və siyasətdə dinin rolu haqqında debatlar artıb.18 yaşlı Tunisli qadın – inqilaba qədər insanlar islamı problem kimi görmürdülər. Inqilabdan sonra siyasi islam və islam fərqləndirilməyə başladı.
Müsəlman teoloqları ateistlər barədə fərqli mövqeyə malikdirlər. Bəzilərinin fikrincə, ateistlər öz seçimlərinə görə öldürülməməlidirlər. Digər qrup isə ateizmi təbliğ etsələr cəzalandırılmalıdırlar mövqeyini müdafiə edir. Birr çoxu isə belə hesab edir ki, Quranda da buyurulduğu kimi dində məcburiyyət yoxdur, buna görə də onlara qarşı tolerantlıq olmalıdır.Teoloq Əbu Suey yazır - müsəlman icmalarında ateizmin geniş yayılması mümkün deyil [4]. Bugün dini platformada baş verənlər, ateistlərin fəallaşması sadəcə müvəqqəti mərhələdir, ciddi mövqe deyil. Bu, ənənəvi institutlara qarşı etiraz formasıdır [5].