İudaizm — din, fəlsəfə və yəhudi xalqının yaşam yoludur. Bu təkallahlı dinin əsli Müqəddəs İvrit kitabından gəlir və daha sonra Talmud kimi mənbələrdən də tapılmışdır. İudaizm dini yəhudilər üçün Allahın İsrailin uşaqları ilə yaratdığı dini əlaqənin ifadəsi hesab olunur. Rabbinik İudaizmi qeyd edir ki, Allah öz qanunları və əmrlərini hər iki formada – yazılı və şifahi Tövrat Sina dağında Musaya vermişdir. İudaizm 3000 ildən artıq bir müddətdə tarixi mövcudluğu iddia edir. Dünyanın əksər dinləri kimi, İudaizm də ən qədim təkallahlı dinlərdən biri sayılır. Yəhudilər etnik-dini qrupdur və bura yəhudi kimi doğulanlar və sonradan yəhudiliyə üz tutanlar daxildir. 2010-cu ildə dünya yəhudi əhalisi 13,4 milyon artmış və təxminən ümumi dünya əhalisinin 0,2 % -ni təşkil etmişdir. Ən böyük Yəhudi dini hərəkatları bunlardır: Ortodoks İudaizm (Haredi və Modern), Konservativ İudaizm və Reformist İudaizm. Bu qruplar arasında əsas fərq onların Yəhudi Qanununa olan yanaşmalarındadır. Ortodoks İudaistlər iddia edir ki, Tövrat və Yəhudi qanunu əslən ilahi, əbədi, dəyişdirilməzdir və onlara ciddi şəkildə əməl olunmalıdır. Konservativ və Reformist İudaizm daha liberaldır. Konservativlər Reformistlərə nisbətən İudaizmin tələblərinin daha ənənəvi təfsirini dəstəkləyirlər. Tipik Reformist baxışı belədir ki, Yəhudi qanunu məhrumiyyət və məcburiyyət toplumundansa, ümumi təlimat kimi göstərilməlidir. Tarixən, Yəhudi Qanununu xüsusi məhkəmələr həyata keçirirdi, bu gün bu məhkəmələr hələ də mövcuddur, lakin İudaizm etiqadı könüllüdür. Dini və yerli hadisələrdə ixtiyar sahibi hər hansı bir şəxs və ya təşkilat deyil, müqəddəs mətnləri şərh edən alimlərdir.
Iraq yəhudiləri dunyanın ən qədim və tarixi baximdan ən önəmli yəhudi icmalarından biridir. 30-cu illərdə iraqda yəhudilərin vəziyyəti pisləşməyə başladı. onlar iraq dövlətinə loyal olduqlarını bildirsələr də iraq yəhudiləri diskriminasiyaya məruz qalır, sərt qanunlarla üzləşirdilər. 1934-cü ildə dövlət idarəetmə orqanlarından uzaqlaşdırıldılar, ali məktəblərdə onlara qarşı kvotalar tətbiq olunmağa başladı. sionist fəaliyyəti qadağan olundu. eləcə də yəhudi məktəblərində yəhudi tarixi və ivrit dilinin tədris olunmasına qadağa qoyuldu. 1941-ci ildə Bağdadda başlayan münaqişələrdə təxminən 200 yəhudi qətlə yetirildi. Bəzi mənbələr bu rəqəmin daha yüksək olduğunu deyir, 2000-dən çox yəhudi xəsarət aldı, mülkiyyətə ciddi ziyan dəydi. 1950–1952-ci illərdə Əzra və Nehemiya əməliyyatları ilə 120.000 iraq yəhudisi İran və Kipr vasitəsilə israilə köçə bildi. 1968-ci ilə kimi 2000-ə yaxın yəhudi iraqda yaşayırdı. Bu gün 100-dən az yəhudi qalıb və əsasən Bağdadda yaşayırlar.
Bəhreyndə yəhudilərin məskunlaşması qədim tarixə malikdir. Burada yaşayan yəhudilərin əksəriyyəti 1900-cü ilin əvvəllərində iraq, iran, hindistan gələnlər idi. Bəhreyn yəhudiləri və müsəlmanları arasında münasibətlər yaxşı səviyyədədir. Bəhreyn ərəbistan yarımadasında yerləşən yeganə dövlətdir ki burada spesifik yəhudi icması var. Yeganə körfəz dövlətidir ki, 2 sinaqoq, 2 qəbiristanlıq bir-birinə yaxın yerləşir. Bu ölkədə yəhudilər demək olar ki diskriminasiyaya məruz qalmırlar. Bəhreyndə yəhudilər yüksək vəzifələrdədirlər. Belə ki, İbrahim Nona 2002-ci ildə parlamentin yuxarı palatasına üzv seçilib. Bundan başqa bəhreyn insan hüquqları cəmiyyətinə yəhudiq adın rəhbərlik edir.
18–19-cu əsrlərdə Küveytə köç edən yəhudilər ticarətin inkişafında xüsusi rol oynayırdılar. 19-cu əsrin ortalarında onların sayı kəskin artmağa başladı, bir rayonda 80 yəhudi ailəsi yaşayırdı. Onların öz sinaqoqları var idi burada qadınlar üçün də ayrıca yer var idi. Şənbə günü yəhudilərin bayramı olduğu üçün həmin gün işləmirdilər. Eləcə də onların öz qəbiristanlıqları da var idi, bu da onların uzun müddət burada yaşadıqlarını göstərir. Küveytdə yaşayan yəhudilərin əksəriyyəti orta təbəqəni təmsil edir.
6–7-ci əsrlərə qədər Səudiyyə Ərəbistanında yəhudilər yaşayırdılar. əsasən Hicaz, Mədinə, Xeybər adlı yerlərdə məskunlaşmışdılar. Yarımadada islamdan əvvəl 3 əsas yəhudi tayfası var idi. Yəhudi və digər qeyri müsəlmanlara Məkkədə yaşamaq qadağan olunub.