Ərdəbil zəlzələsi (1997)

Ərdəbil zəlzələsi (1997)1997-ci il fevral ayının 28-də Ərdəbildə 6.1 bal gücündə baş vermiş zəlzələ.

Ərdəbil zəlzələsi
Tarix
Episentrin yeri
  • 38°05′42″ şm. e. 48°02′13″ ş. u.HGYO

Zəlzələ öncəsi baş verənlər

[redaktə | mənbəni redaktə et]

İran İslam Respublikasının şimalında, Ərdəbil şəhəri yaxınlığında baş verən zəlzələ Merkalli şkalası üzrə VIII göstəricidə baş vermişdir. Bu zəlzələdən bir ay əvvəl baş vermiş zəlzələdə Şimali İranda ölən insan sayı ən azı 79 nəfər olmuşdur.[1]

Zərər və itkilər

[redaktə | mənbəni redaktə et]

Zəlzələ 12ː57-də (İran standart vaxtı ilə 4:27-də) baş vermiş və 15 saniyə davam etmişdir.[1] Ən azı 1100 nəfər ölmüş, 2600 nəfər yaralanmış, 36.000 nəfər evsiz qalmışdır. 12.000 ev isə zərər görmüş və ya dağılmışdır. Şimal qərbi İranın Ərdəbil hissəsində 160.000 mal-qara tələf olmuşdur. Ərdəbil ətrafında elektrik enerji xətlərinə, yollara, rabitə xətlərinə və su paylayıcı sistemlərə ciddi ziyan dəymişdir.[2] Zəlzələ nəticəsində xəstəxanalar və digər tibb müəssisələri xəstələrlə dolub daşıb. 83-dən çox kənd müəyyən formada zəlzələdən zərər görmüşdür.[1]

Villadərə kəndində dağıntılar altından 85 nəfərin cəsədi çıxarılmışdır. Episentrə yaxın 85 nəfər sakini olmuş digər kiçik bir kənddə - Varanyada 20 sakindən başqa hamısı həlak olmuşdur.[1]

Ərdəbil zəlzələsindən sonra 350 afterşok - yeraltı təkanlar qeydə alınmışdır. Onlardan ən böyüyü Rixter şkalası üzrə 5.2 bal gücündə olmuşdur. Humanitar yardım işçiləri və xilasedicilər ölənlərin sayının təxminnən 3000-dən çox olmasını qiymətləndirir.[3]

Nəticələri və yardım cəhdləri

[redaktə | mənbəni redaktə et]

Zəlzələdən sonra yağan 18 inç (46 sm) qalınlığında qar xilasetmə işlərinə əngəl törədib.[1] İran hökuməti ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib. İran prezidenti mart ayının 4-də zərər görmüş əraziyə səfər edib. Hadisə yerində olan xilasedicilər ölənlərin sayının üç dəfədən çox olması barədə hökumətlə mübahisə etmişdir. Buna baxmayaraq, Qızıl Ayparanın İran bölməsinin rəhbəri Seyfullah Vahid Dəstcerdi yardım işlərinin sürətindən razı qalıb. Hadisə qurbanlarına 8700-dən çox çadır, 21800 ədyal, 15300 qızdırıcı və fənər, 2000 şüşə uşaq qarışığı və 80 ton çörək yardım edilib. Bundan başqa, 60 təcili yardım maşını, 127 yük maşını və mikroavtobus və iki helikopter zərərçəkənləri, xilasediciləri və ləvazimatları zərər çəkmiş bölgəyə və oradan daşıyıb.[3]

Təyyarə qəzası

[redaktə | mənbəni redaktə et]

Mart ayının 3-də Ərdəbildən 16 mil (25 km) şimal şərqdə xilasedici missiyasını yerinə yetirən kiçik təyyarə qəzaya uğrayıb. Onun qalıqları ertəsi gün aşkar edilib. Falkon təyyarəsinin göyərtəsində dörd nəfər olmuş, lakin heç biri sağ çıxmamışdır. Qəzaya səbəb pis hava şəraiti və güclü qar olub.[4]

  1. 1 2 3 4 5 "Iranian quake kills 500, injures 2,000". Arxivləşdirilib 2023-02-17 at the Wayback Machine Reuters. Cable News Network. 1997-03-01.
  2. Person, Waverley L. (2008-07-16). "Significant Earthquakes of the World: 1997". United States Geological Survey. United States Department of the Interior.
  3. 1 2 "Iran quake toll rises to 965". Arxivləşdirilib 2023-02-17 at the Wayback Machine Reuters. Cable News Network. 1997-03-03.
  4. "Iran earthquake relief plane crashes" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Reuters. Cable News Network. 1997-03-04.