Ərgünəş dağı

Ərgünəş, ArgünəşXocavənd rayonunun Xırmancıq kəndi ərazisində dağ. Hündürlüyü 1468 m-dir. Oronim Ar və günəş sözlərindən düzəlmişdir.[1]

Ərgünəş
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1468 m
Yerləşməsi
39°33′03″ şm. e. 47°02′04″ ş. u.
Ölkə  Azərbaycan
Rayon
Ərgünəş xəritədə
Ərgünəş
Ərgünəş
Ərgünəş xəritədə
Ərgünəş
Ərgünəş

Toponimik ədəbiyyatlarda Ərgünəş şəklində təqdim olunan bu oronim belə izah olunur:

"Yaxınlığındakı dağlardan hündürlüyü çox olmasına və günəş şüası ilk dəfə həmin dağın zirvəsinə düşməsinə görə dağ belə adlanmışdır".

Ar sözü "keşikçi, gözətçi"; "quru çay dərəsi" mənaları ilə yanaşı buryat, yakutmonqol dillərində "qərb, arxa tərəf, Şimal, dağın kölgə düşən hissəsi, quzey" mənalarını da ifadə edir.

Qeyd etmək lazımdır ki, Quba rayonu ərazisindəki hal-hazırda Dolanlar adlanan dağın da əvvəlki adı Argünəş olmuşdur. Bu oronimin coğrafi mövqeyi ikinci izahla üst-üstə düşür. Dolanlar adına gəlincə, dolan qədim fars və tacik dillərində "dağ keçidi", monqol dilində (dalın) "arxa tərəf, yüksəklik, yol" deməkdir. Bu baxımdan Argünəş və Dolanlar oronimləri sinonim hesab oluna bilər. Qırğızıstanda Dolon, Tacikistanda Dolona, Dolonabulak yer adları bu oronimin türk dilləri üçün yad olmadığını sübut edir.

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.