Ərtoğrul Qazi türbəsi — Osmanlı Bəyliyinin banisi Osman Qazinin atası və Səlcuqlu Uçbəyi Ərtoğrul Qazinin Biləcik ilinin Sögüt ilçəsində yerləşən türbəsidir[1].
Ərtoğrul Qazi türbəsi | |
---|---|
40°01′31″ şm. e. 30°10′45″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Söğüt, Bilecik |
Yerləşir | Söğüt |
Aidiyyatı | Osmanlı imperiyası |
Tikilmə tarixi | XIII əsr |
Üslubu | Osmanlı memarlığı |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
XIII əsrin sonlarında inşa edilən türbənin tikinti tarixi dəqiq olaraq bilinmir. İlk olaraq Osman Qazi tərəfindən açıq qəbir kimi tikdirilmiş, daha sonra I Mehmed tərəfindən türbə halına gətirilmişdir. Sultan III Mustafa vaxtında 1757-ci ildə yenidən bərpa olunmuş və ilkin tikiliş halı dəyişmişdir. 1886-cı ildə II Əbdülhəmid tərəfindən yenidən təmir edilmiş və yanına bulaq əlavə edilmişdir.
Ərtoğrul Qazi türbəsi altıbucaqlı planlı, üstü günbəz örtüklü olub, düzbucaqlı bir girişdən sonra içəriyə girilir. Bu girişin yan tərəflərində bir cüt pəncərə var. Türbənin divarları bir sıra daş və iki sıra kərpicdən hörülmüşdür. Sanduqə olduğu türbənin içindəki qərb və cənub-şərq divarlarına dördkünc pəncərələr açılıb.
Təmirlər zamanı türbənin giriş qapısı yanına bir kitaba əlavə edilmişdir:
Menba-i cuy-i inayet şah-ı ali siretin
Mevce-i derya kadar ömrün Huda kılsın mezid
Kıldı ol şahinseh-i devran cedd-i emcedin
Gazi Ertuğrul Cenabın kabrini zira cedid
Baabı yanında dahi bu çeşmeyi inşa ile
Eyledi ruh-ı revanın şad o Hakan-ı reşid
Cevher-i nazma iki tarih bir beyt içre bak
Su verir buldukçe mecray-ı kalem feyz-i bedid
Ruh-ı Ertuğrul içün bu çeşmeyi kıldı iyan
Ayn-ı Lütf-ı saltanat Şah-ı zaman Abdül Mecid 1304