Əsəd ibn Zürarə (ərəb. أسعد بن زرارة Əs'əd ibn Zürarə; v. 623, Mədinə) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır.
Əsəd ibn Zürarə | |
---|---|
ərəb. أسعد بن زرارة | |
Vəfat tarixi | 623 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | vaiz[d] |
Xəzrəc qəbiləsindəndir. Məhəmməd peyğəmbərlik verilməsindən əvvəl o, bütpərəstlikdən əl çəkmiş və İbrahim tövhidinin (Hənif) davamçısına çevrilmişdir.
Əsəd Məkkədə Məhəmməd peyğəmbərlə görüşür və Mədinənin İslamı qəbul edən ilk insanlardan biri olur. O, Əqəbə beyətində iştirak etmişdir. Xəzrəc və Övs qəbilələri arasında təbliğat apararkən müəyyən çətinliklərlə üzləşir və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir. Cavab olaraq Məhəmməd Müsəb ibn Ümeyri Mədinəyə göndəyir. O, Əsədlə birlikdə Mədinədə təbliğat işində fəal iştirak edir. Əsədin evi Mədinədə İslam hərəkatının əsas qalasına çevrilmişdi.
Əsəd müsəlmanların Mədinəyə hicrətindən sonra xəstəlikdən vəfat edir. Bu, 623-cü ildə Bədr döyüşü ərəfəsində baş verir[1].