Əsgər Ələkbərov

Əsgər Ələkbər oğlu Ələkbərov (16 iyul 1954, Rəncbər, Zəngibasar rayonu) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1995–2014), polis general-leytenantı.

Əsgər Ələkbərov
Şəxsi məlumatlar
Doğum tarixi 16 iyul 1954(1954-07-16) (69 yaş)
Doğum yeri
Rütbəsi
Polis general-leytenantı

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 1998

Əsgər Ələkbərov 1954-cü ildə Ermənistan SSR-in Masis rayonunda anadan olmuşdur.

1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1988-ci ildə SSRİ DİN-in Milis Akademiyasını bitirmişdir. 1988–1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin müavini vəzifəsində işləmiş, nazir vəzifəsini icra etmişdir.

1993–1994-cü illərdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Qərargah rəisi, Qaradağ rayon Polis İdarəsinin rəisi vəzifələrində, 1994–2002-ci illərdə Daxili İşlər Nazirinin müavini — Kadrlar İdarəsinin rəisi vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 772 №li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Prezidentin 31 dekabr 1995-ci il tarixli 3178 №li Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 646 №li Fərmanı ilə isə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir.

Xidmət etdiyi müddətdə cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində, habelə kadr hazırlığı sahəsində, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə bir çox mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 №li Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2014-cü il tarixli №li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini vəzifəsindən azad edilmişdir.

Ailəlidir. 5 övladı var.