Şor kolanlı və ya Rəncbər — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[2]
Kənd | |
Rəncbər | |
---|---|
40°01′31″ şm. e. 44°22′13″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngibasar mahalı |
Rayon | Zəngibasar rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1873 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 830 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 12 km cənub-qərbdə, Araz çayının sahilində yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənə kimi Üçkilsə (Vağarşabad, Eçmiədzin) rayonunun tabeliyində olmuşdur. Rəsmi sənədlərdə kənd Rəncbər kimi göstərilir[3][4].
Kənd Cəfərxan adlı bəyə mənsub olmuş və burada çalışanlar da onun rəncbəri (Rəncbər farscadır. Kəndli deməkdir.) idi. Bura, görünür, elə buna görə də Rəşbəri Cəfərxan[3] adlandırılmışdır. Sonrakı dövlərdə Cəfərxan şəxs adı ixtisar edilmiş, işlənməmiş və kənd Rəncbər kimi sənədlərdə sabitləşmişdir.
Toponim Azərbaycan dilində «şoran, duzlu» mənasında işlənən şor ilə kolani // kolanı (kolanlı tayfa adının fars dilində yazılış forması) türk etnonimi[5][6] əsasında formalaşmışdır.
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kənddə 1873 - cü ildə 197 nəfər, 1886-cı ildə 230 nəfər, 1897-ci ildə 405 nəfər, 1904 - cü ildə 229 nəfər, 1914 - cü ildə 431 nəfər, 1916-cı ildə 300 nəfər azərbaycanlı yaşamışdır[7].
1918-ci ilin yazında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Sovet hökuməti qurulandan sonra (indiki Ermənistanda) sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 136 nəfər, 1926-cı ildə 204 nəfər, 1931-ci ildə 389 nəfər yalınz azərbaycanlı yaşamışdır[8].
Azərbaycanlılar 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqdarmdan deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.