Əsgər Kəngərli

Əsgər Kəngərli (azərb. Kəngərli Əsgər Aslan bəy oğlu‎; 9 may 1911, Naxçıvan7 mart 1998, Bakı) — nevropotoloq, tibb xidməti polkovniki, Azərbaycan Respublikasının əməkdar həkimi.[1]

Əsgər Kəngərli
Doğum tarixi 9 may 1911(1911-05-09)
Doğum yeri
Vəfat tarixi 7 mart 1998(1998-03-07) (86 yaşında)
Vəfat yeri

Kəngərli Əsgər Aslan bəy oğlu 9 may 1911-ci ildə Naxçıvan şəhərində anadan olub.

7 mart 1998-ci ildə Bakı şəhərində vəfat edib.

1929-cu ildə Bakı Tibb Texnikumunu bitirib. 1931–1939-cu illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb.

Tibbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Diş həkimi fəaliyyət başlayıb,sonralar isə rentgeneloq kimi ixtisaslaşmışdır. Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Qubada,Gəncədə və s.şəhərlərdə səhiyyə şöbələrinin müdiri işləmişdir. Böyük Vətən müharibəsində iştirak edərək,tibb xidməti polkovniki rütbəsi almışdır. Bakı şəhər əsəb xəstəlikləri və Azərbaycan SSR Səhiyyə Nazirliyinin ruhi xəstəliklər üzrə Tibbi Əmək Ekspert Komissiyasının sədri vəzifələrində işləmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Gəncliyində ədəbi fəaliyyət göstərmişdir. Qızıl qələmlər cəmiyyət Naxçıvan şöbəsinin üzvü olmuşdur,Əsgər Yılmaz təxəllüsü ilə şeirlər yazmışdır. Əsərləri Naxçıvan teatrında tamaşaya qoyulmuşdur.

  • Ötən günləri vida
  • Köçəri bəylər
  • Fəlakətdən səadətə

1971 —SSRİ SSRİ Azərbaycan SSRİ-nin əməkdar həkimi

  1. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 218. ISBN 5-8066-1468-9.