HBO-nun çəkdiyi supernatural drama serialı olan "Əsl qan" serialının VI mövsümünün premyerası 16 iyun 2013-cü ildə baş tutmuşdur. Əsas rolun ifaçısı olan aktrisa Anna Pakuinin hamiləliyi və maddi qənaət üçün, ənənədən kənara çıxılaraq, VI mövsümdə 22 yox 10 seriyanın təqdim ediləcəyi elan edilib.[2]
VI Mövsüm | |
---|---|
Ölkə | ABŞ |
Seriya sayı | 10 |
Ekranlaşdırma | |
Orijinal kanal | HBO |
Orijinal efir | 16 iyun 2013 | –
Mövsüm xronologiyası | |
← Əvvəlki V Mövsüm Sonrakı → VI Mövsüm [1] | |
Əsl Qan serialının seriyaları |
No. in series |
No. in season |
Ad | Rejissor | Ssenarist | İlk efir tarixi | ABŞ-da izləyici sayı (milyon) |
---|---|---|---|---|---|---|
61 | 1 | Əslində sən kimsən? | Stepen Moyer | Raelle Taker | 16 iyun 2013 | 4.52[4] |
Bilin qanın içindən yenidən çıxmasından sonra Soki, Erik və digərləri hakimlərin məalikanəsindən qaçırlar. Bu arada, Qubernator Byurel vampirlərə qarşı müharibə elan edir. Erik söyləyir ki, o, artıq Pemi azad buraxıb və Pem onun hər istədiyini etməyə məcbur deyil. Günəş batdıqdan sonra Pem Tara ilə birgə Fanqtasiaya gedir, bu zaman SWAT nümayəndələri ştatda vampirlərə ticarət qadağan edilməsi səbəbiylə oraya basqın edərək Taranı güllə ilə yaralayırlar. Ceyson yolda yaşı bir kişinin maşınına oturaraq şəhərə kimi söhbıt etməyə başlayır və kişinin "Heç bir qüvvə Vorlounu Sokidən ayrı tuta bilməz" deməsindən sonra onun Vorlou olmasına inanır. Ceyson kişiyə atəş açsa da, kişi maşının içində yoxa çıxır. Daha sonra kişi pəri işığı ilə maşını qəzaya uğramaqdan xilas edir. Sem, Luna və Emmanın studiyadan qaçmasından sonra Luna ölür və Emmanı Semə həvalə edir. Cessika Bill tərəfindən çağırılır, lakin bu dəfə o qədər güclü olur ki, Cessikanın ürəyi yerindən çıxmaq istəyir. Erik Billə hücum edir və Soki paya ilə onu arxadan vurur. O, Cessikadan başqa hamının getməsini tələb edir. Endi, çox sürətlə böyüyən pəri qızlarının qayğısına qalmağa çalışır. Erik qanı ilə müqavilə yazaraq, Sokinin evini özünə qaytarır, Soki isə dəvətini geri götürür. Nora Erikin Sokiyə aşiq olduğunu öyrənir. Cessikanı otağına ötürdükdən sonra Bill Lilitin səsini eşidir və Lilit onun bədəninə daxil olur. | ||||||
62 | 2 | Günəş | Daniel Attias | Angela Robinson | 23 iyun 2013 | 4.08[5] |
Soki və Ceyson nəsillərinin qədim nümayəndəsi ilə görüşürlər. Eric Qubernator Byurelin planlarını pozmaq qərarına gəlir. Sem Emmanın gələcəyini Elsid və Marta ilə müzakirı edir. Bill yeni gücləri və bacarıqlarını kəşf edir. | ||||||
63 | 3 | Sən yaxşı deyilsən | Hovard Döç | Mark Hyudis | 30 iyun 2013 | 3.94[6] |
Qubernator Byurelin qarşısını almaq üçün Erik onun öz qızını vampirə çevirir. Bill pəri qanının sintez edilməsi üçün insan qanını sintez etmiş alimi öz evinə gətirir, lakin pəri donor tapmaq asan olmur. Soki Varlou haqqında həqiqətləri öyrənməyə başlayır. Sem Nikol və onun Vampir Birliyi Cəmiyyətindən gözlənilməz yardım təklifi alır. Stiv Nyulin keçmiş ideallarının onun qarabasmasına çevrildiyini görür. | ||||||
64 | 4 | Sonuncu | Entoni Heminquey | Aleksandr Vu | 7 iyul 2013 | 4.14[7] |
Soki Beni evinə dəvət edərək yoxlamaq istəyir. Endinin pəri qızları Bill tərəfindən ələ keçirilir. Professor Takahaşi pəri qanı üzərində tədqiqata başlayır. | ||||||
65 | 5 | Acıları rədd et | Michael Ruscio | Angela Robinson | 14 iyul 2013 | 4.54[8] |
Soki Lafayetdən ölmüş valideynləri ilə əlaqə yaratmaq üçün istifadə edir. Varlou Lilitlə bağlı bəzi acılı xatirələri yada salır. Pemi azad etmək üçün Erik və Tara da vampirlər üzərində təcrübə aparılan gizli koloniyaya daxil olurlar. Sara yenidən Ceysonla əlaqəyə girir. Endi pəri qızlarının Cessika tərəfindən öldürüldüyünü öyrənir. | ||||||
66 | 6 | Məni hiss etmirsən?[9] | Hovard Döç[10] | Daniel Kennet[10] | 21 iyul 2013[11] | 4.47[12] |
Bill insanlar və vampirlər arasında yaranmış münaqişənin qarşısını almaq üçün Lilitlə məsləhətləşir. Erik, Nora, Pem, Ceyson və Cessika vampir kampına salınır. Sem Emmanın gələcəyi üçün ən düzgün seçimi etməyə çalışır. Şerif pəri sağ qalmış yeganə pəri qızını Endi adlandırır. Erik "TruBlood" istehsalında hakimiyyət qüvvələrinin hansı sirri gizlətdiklərini öyrənir. Soki təhlükəni sevdiyini bildirir və Vorlou ilə sekslə məşğul olur. | ||||||
67 | 7 | Axşam çağı[9] | Skot Vinant | Keyt Barnou | 28 iyul 2013[11] | 4.36[13] |
Erik Noranı xilas etmək üçün sonuncu cəhdini edərək Billdən kpmək istəyir, Bill qanını Noraya içirir. Sem Elsidin xəbərdarlığına baxmayaraq Bon Tempsə dönür. Qubernatorun öldürülməsindən sonra onun ölümünü gizlədərək hakimiyyəti əlinə alan Sara, artıq asılı olmadığl Ceysonun qolunu kəsərək qadın vampirlərin saxlandığı ümumi zala atdırır. Cessika onunla məcburi əlaqədə olmaqdan imtina edən oğlana öz təşəkkürünü bildirir. Soki rəfiqəsi Arlinin kədərini bölüşmək üçün onun yanına gəlir. Bill Soki ilə danışaraq vampir kampına salınmış dostlarını günəş şüaları altında ölməkdən xilas etmək üçün onun köməyinə və Vorlounun qanına ehtiyacı olduğunu bildirir. | ||||||
68 | 8 | Dəyişiklik olmalıdı[10] | Maykl Leman | Robin Veyt | 4 avqust 2013[11] | 4.17[14] |
Nora öldükdən sonra Erik vampirlərin taleyi ilə bağlı məsələləri özü həll etməyə çalışır. Soki yol ayrıcı qarşısındadı: insan/pəri olaraq mı yaşasın, yoxsa Varlou ilə birləşib onun vampir/pəri sevgilisi olsun?! Bua arada vampir kampında saxlananlar Hepatit-V virusu ilə yoluxdurulmuş "Əsl Qan"ları içməyə başlayırlar. Lakin Stiv Nyulin virus yoluxdurulmuş qan haqqında bəzi vampirlərin məlumatlı olmasını Saraya bildirir və məlumatlı vampirlər ağ otağa toplanılırlar. | ||||||
69 | 9 | Həyat maddələri[10] | Romeo Trione | Brayn Bakner | 11 avqust 2013[11] | 4.00[15] |
Billin Varlounun qanından istifadə etmək planına görə Soki ilə mübahisəsi düşür. Erik vampir kampına qayıdır və burada vampirləri əsir saxlayan insanları, onlar üzərində təcrübələr aparan və onlara əziyyət verən həkim heyətini öldürür. Sara kampdan qaçaraq dama çıxır və bir qrup vampirin saxlandığı ağ otağın damını açaraq vampirləri gün şüası altında öldürmək istəyir. Lakin buna qədər özünü ora çatdıran Bill vampirlərin onun qanından içməsinə icazə verir və beləcə gün şüası onlara təsir etmir. Yalnız Saranın əri Stivə qan içməyə icazə verilmir və damın açılması zamanı o yanaraq ölür. Xeyli qan itirən Bill zəifləyərək yerə yıxılır. Gün şüasının təsiri ilə özünü xoşbəxt hesab edən vampirlər isə çölə çıxaraq əylənməyə başlayır. Bu dəfə Lilit kömək üçün Billin yanına gəlmir. Bill Cessikanı yanına çağırır. Billin viruslu "Əsl Qan" butulkalarını məhv etdiyi müddətdə Ceyson Saranı öldürməyərək azad buraxır. Bu arada Bon Tempsdə Terri Belflörün dəfn mərasimi keçirilir və hər kəs onun haqqında xatirələrini bölüşür. | ||||||
70 | 10 | Getməli olanda hamımız birlikdə gedəciyik[10] | Skot Vaynant | Keyt Barnou | 18 avqust 2013[11] | 4.14[16] |
Bill hiss edir ki Lilitin ona verdiyi güc və bacarıqları itirib. Soki nikah vaxtının uzadılması və ona bir qədər vaxt verilməsi haqqında Varlou ilə dsnışmağa çalışır. Bu zaman birdən sanki Varlou dəyişib qəddar bir insana çevrilir və Sokini şillə ilə vurur. Bill professor Takahaşini azad edir və yaddaşını son hadisələrdən təmizləyir. Cessika Billə Sokini azad etməkdə kömək edir, Ceyson, Vayalet, Endi və Adelin də onlara kömək edir. Onlar Adelinin pəri işığının köməyi ilə Sokinin yanın keçir və onu xilas edirlər. Bu zaman Varlounun bir müddət əvvəl qaranlıq məkana atdığı Sokinin ulu babası oradan kömək əlini uzadaraq Ceysonun ürəyinə nizə soxduğu Varlounu dartıq qaranlıq məkana atır. özü isə ordan çıxır. Varlounun ölümündən sonra onun qanı sayəsində günəş şüaları altında həzz alan vampirlər üçün günəş yenidən ölüm mənbəyinə çevrilir. İsveçdə Alp dağlarının zirvəsində istirahət edən Erik də günəş şüaları altında yanmağa başlayır. Altı ay sonra Bon Tempsdə həyat qaydasına düşməyə başlayır: Bill başına gələnlər haqqında kitab yazır, Sem Merlot isə şəhər meri olur. Soki və Alsid, həmçinin Ceyson və Vayalet birlikdə yaşayır. Bu arada Hepatit-V virusu ölkəyə yayılır və yoluxmuş vampirlər qrup şəklində sağlam vampirlərə hücum etməyə başlayır. Sem və Bill qərar verərək şəhər sakinlərinə sağlam vampirləri virusa yoluxmadan qorumaq üçün öz qanları ilə qidalandırmağa çağırırlar. Cessika Endi və Adlindən üzr istəyərək oları qoruyacağını bildirir. |
2012-ci ilin Fevral ayında serialın yaradıcısı olan Alan Bol vəzifəsindən istefa etdiyini, lakin serialın köməkçi prodüseri olaraq qalacağını bildirdi.[17] Dördüncü mövsümdə ssenari müəlliflərindən biri olan Mark Hadis, altıncı mövsümdə köməkçi prodüser kimi çalışmağa başladı. Lakin 2013-cü ilin martında HBO-da öz serialının istehsalına başlaması səbəbiylə Mark Hadisin "Əsl Qan"dan uzaqlaşdığı elan edildi. Onun vəzifəsini isə, yeddinci mövsümdə də bu vəzifəni tutması gözlənən Brayan Bakner tutdu.[18] 15 iyul 2013-cü ildə HBO serialın yeddinci mövsümünün çəkiləcəyini elan etdi.
Seriaya nömrəsi (İstehsal nömrəsi) |
Ad | İlk efir tarixi | Reytinq payı (18-49 yaş arası izləyicilər) |
İzləyicilər (milyonla) |
Kabel üzrə həftəlik göstərici |
---|---|---|---|---|---|
61 (6.01) | "Əslində sən kimsən?" | 16 iyun 2013 | 2.4[4] | 4.52[4] | #4[19] |
62 (6.02) | "Günəş" | 23 iyun 2013 | 2.2[5] | 4.08[5] | #9[20] |
63 (6.03) | "Sən yaxşı deyilsən" | 30 iyun 2013 | 2.2[6] | 3.93[6] | #9[21] |
64 (6.04) | "Sonuncu" | 7 iyul 2013 | 2.3[7] | 4.14[7] | #5[22] |
65 (6.05) | "Ağrıları rədd et" | 14 iyul 2013 | 2.5[8] | 4.54[8] | #5[23] |
66 (6.06) | "Məni hiss etmirsən?" | 21 iyul 2013 | 2.4[12] | 4.47[12] | #8[24] |
67 (6.07) | "Axşam çağı" | 28 iyul 2013 | 2.4[13] | 4.36[13] | #4[25] |
68 (6.08) | "Dəyişiklik olmalıdı" | 4 avqust 2013 | 2.2[14] | 4.17[14] | #7[26] |
69 (6.09) | "Həyat maddələri" | 11 avqust 2013 | 2.2[15] | 4.00[15] | #11[27] |
70 (6.10) | "Getməli olanda hamımız birlikdə gedəciyik" | 18 avqust 2013 | 2.3[16] | 4.14[16] | #12[28] |