Əsmə

Əsmə (lat. Anemone) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Əsmə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu bitkinin adı yunanca "anemonos" sözündən götürülmüşdür, mənası "külək" deməkdir. Şimal yarımkürəsinin mülayim iqlim zonalarında və rayonlarında bitən əsmənin 120 növü məlumdur. Bitkinin mədəni formalarının 50 növü yaşıllaşdırmada istifadə olunur. Taclı əsmə (A. coronaria) qalın, ətli kökümsovlu, düzgövdəli, kök üstündə olan yarpaqlı, rozetli və tək, iri çiçəklıri olan çoxillik bitkidir. Çiçəklərin rəngi müxtəlif: ağ, çəhrayı, qırmızı, mavi ya da bənövşəyi olur. Əkindən əvvəl əsmənin kök yumrularını isti suda 24 saat islatmaq lazımdır. Əsmənin kök yumrusunu bir neçə hissəyə bölməklə çoxaltmaq olar. Hər hissədə bir tumurcuq olmalıdır. Kəsiklərə döyülmüş kömür səpirlər. Toxumla çoxaltdıqda birinci il kök yumrularının yaxşı inkişaf etməsi məqsədilə qönçələri kəsmək lazımdır ki, bitki çiçəkləməsin. Azərbaycanda əsmə cinsinin 5 növü yayılmışdır. Zəhərli olmasına baxmayaraq, əksəriyyəti dekorativ bitkilərdir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Anemanthus Fourr.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Abalemis Raf.
  • Abelemis Raf. ex Britton
  • Flammara Hill
  • Hartiana Raf.
  • Pulsatilloides (DC.) Starod.