Tarix və onun problemləri — Azərbaycanda nəşr olunan nəzəri, elmi, metodik jurnal.[1][2]
Tarix və onun problemləri | |
---|---|
Baş redaktor | Əsməd Muxtarova |
Əməkdaşlar | Sevinc Ruintən, Anar Kərimov, Şəbnəm Cəfərova, Elmar Axundov |
Növ | nəzəri, elmi, metodik |
Dövrilik | ildə 4 dəfə |
Nəşriyyat | "Adiloğlu" nəşriyyatı |
Təsisçi | Əsməd Muxtarova |
İlk buraxılışı | 1997 |
Ölkə | Azərbaycan |
tarixveonunproblemleri.az |
Nəzəri, elmi, metodik jurnal olan "Tarix və onun problemləri" 1997-ci ilin yayından tarix elmləri doktoru, professor Əsməd Muxtarovanın baş redaktorluğu ilə nəşr olunur. "Tarix və onun problemləri" jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən dissertasiyaların əsas nəticələrinin və elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.[3]