Əsma əl-Əsəd — (ərəb. أسماء الأسد; qızlıq soyadı — Əsma Fəvvaz əl-Əxrəs أسماء فوّاز الأخرس; d. 11 avqust 1975[1], Akton[d], Böyük London) — Suriyanın birinci xanımı, prezident Bəşşar əl-Əsədin həyat yoldaşı.
Əsma Əsəd | |
---|---|
ərəb. أسماء الأخرس | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 avqust 1975[1] (48 yaş) |
Doğum yeri |
|
Partiya | |
Təhsili | |
Atası | Fəvvaz Əxrəs[d] |
Həyat yoldaşı |
|
Dini | islam[2], sünnilik[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Əsma Fəvvaz əl-Əxrəs adıyla 11 avqust 1975-ci ildə Britaniyanın paytaxtı Londonda dünyaya gəlibdir.[3] Əsma Əsəd, Londonun Kromuell Xəstəxanasının məsləhətçi kardioloqu Fəvvaz Əxrəs və təqaüddə olan diplomat Səhər Otrinin qızıdır. Valideynləri sünni, Suriya mənşəli və əslən Homsdandırlar.[4] O, Londonda qızlar məktəbini bitirb və London Kral Kollecində informatika elmində və franssız ədəbiyyatı sahəsində təhsil alıb.[5] Universitetdən sonra Deutsche Bankda Avropadan və Uzaq Şərqdən olan müştərilərlə sığorta şöbəsində işləyirdi. 1998-ci ildə J. P. Morgan kompaniyasında biotexnoloji və əczaçılıq şirkətlərinin birləşməsində və hopdurmalarında ixtisaslaşaraq, fəaliyyətə başlayıb.
Əsma Suriyaya 2000-ci ilin noyabr ayında qayıtmışdı və dekabrda Bəşər Əsədə ərə getmişdi. Onların üç uşağı var: Hafiz, Zeyn, Kərim. Əsma Əsədin valdeyinləri Böyük Britaniyada yaşıyırlar.[6]