Əsrarüt-Talibin

Əsrarüt-TalibinSeyid Yəhya Bakuvinin müəllifi olduğu əsər. Əsər kəlimeyi-tövhidin ərflərinin sayına uyğun olaraq 24 fəslə ayrılmışdır. Hər fəsildə təriqət yolunun sirləri açıqlanır.

Bəhs edilən mövzulardan bəziləri bunlardır: elm və növləri, şəriət-təriqət-mərifət, zikr və prinsipləri, tövhid kəlməsinin Hz.Əliyə təlqini, tövbə, övliya, təsəvvüf kəlməsinin qaynağı, qəlb, mənfi və müsbət insani xüsusiyyətlər, dərvişin halları, ibadətin təsəvvüfi yönləri, cazibə, feyz, xəlvət-üzlət, təriqətə girənlərin virdləri, yuxuların yozumu, təsəvvüf əhlinin inancları və s.

Əsərdə təsəvvüfi məsələlər qısa və xüsusi olaraq izah edilmişdir. Fəlsəfi yozum və şərhlərə də təsadüf edilir. Seyid Yəhyanın Şəfaül-əsrar əsərinin xülasəsi mahiyyətində olan bu əsər təsəvvüf dairələrində olduqca məşhur olmuşdur. Kitabxanalarda bir çox nüsxələri vardır. Məzmunu və üslubu Seyid Yəhyaya aid olduğunu təsdiq edir.

Əsrarüt-Talibin bəzən başqa müəlliflərə də aid edilmişdir. Ancaq Bəyanül-əsrar lit-talibin adı altında qeyd edilən kitabların hamısı Seyid Yəhyaya aid olan Əsrarüt-Talibin əsəridir. Əsərin çoxlu nüsxələri vardır. Onlardan bəziləri aşağıdakılardır:

  • Manisa Muradiyyə,8025/2
  • Millət A. E. Ərəbi,4427/21
  • Süleymaniyyə, Əsəd əf.,3597
  • Süleymani, Ərzincani,63