İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Tövhid (ərəb. توحيد) monoteizm anlayışının İslam terminologiyasındakı qarşılığıdır.[1]
Tövhid Allahın ad və sifətləri mövzusunda şirki rədd edir. Əraf surəsi 180-ci ayəsində "ən gözəl adlar (ƏsmaUl-Husnə) Allahındır" deyilir. Antropomorfizm və ya onu məxluqata oxşatmaq teologik olaraq rədd edilən bir hərəkətdir; yenə tövhid əhlinə görə "Allahın kamal sifətlərə sahib olduğuna və bütün nöqsan sifətlərdən və məxluqata oxşamaqdan uzaq olduğuna mütləq inanmaq gərəkdir."[2] və "Kamal sifətlərini itirən tanrı, müdəbbir və rəbb ola bilməz. Əksinə əksikliyi səbəbi ilə özünü lağa qoyarlar. Həmd əzəldə və əbəddə cəlal və kamal sifətlərə sahib olana aiddir. Çünki həmdə layiq olan sadəcə odur."[3]
Söz ərəb dilində vəhdət "bir olmaq" kökündən yaranır. İslami terminologiyada din fəlsəfəciləri bu sözə Allah üçün istifadə edildiyində həmçinin birləşdirmə, birləşik, bitişik, əlavə, qarışıq olmaq mənaları yüklənməsinə də qarşı çıxırlar və bunları da şirk olaraq tanımlayırlar.
İbrahimi dinlərin kitablarında da tanrı şəxsi bir yaradıcıdır. Birinci şəxs olaraq danışır və qürur, qəzəb kimi hislər sərgiləyir, bəzən insanların qarşısına "insan görüntüsü" ilə çıxır.[4] İslamda Allah Müntəqim (intiqam alan, intiqamçı), Mutəkəbbir (kibirli) və hiyləçidir.[5] Sabur (çox səbrli), Cəlil (çox qəzəbli), Rahim (çox mərhəmətli), Həlim (yumşaq xasiyyətli) kimi insani duyğular ifadə edən adlarla da xatırlanır.
İslam cəmiyyətində Allah inancının müəyyən dəyişikliklər keçirtdiyi, Quran və hədislərdə göyüzündə ərşdə oturan və müəyyən insani xüsusiyyətlər daşıyan Allah inancının Kəlamçılar tərəfindən sorğulanaraq və fərqli məzhəblərin ortaya çıxdığı görünür:
Monoteizmin 4000 il əvvəl eyni vaxtda misir, babil və hind cəmiyyətində ortaya çıxmağa başladığı ifadə edilir. Orxan Gökdəmirə görə tək tanrılı dinlərə gediş bir dində sadələşm və inqilab hərəkətidir. Bu inqilab qədim dini anlayışları darma-dağın edir. Ancaq başlanğıcda görülən sürətli bir dağılış sonrasında inqilab yavaşlayır və qədim paqan inanclar yeni şəxsiyyətlərə bürünərək yenidən ortaya çıxır. Musəvilik, İsəvilik və Məhəmmədilik qurucuları qədər bu qarşılaşmanın da məhsulu olan dinlərdir.[12] Monoteist dinlərdə qədim ilahların bir hissəsisin mələk, şeytan, cin kimi varlıqlara, Xızır, İlyas kimi peyğəmbərlərə ya da əzizlərə çevrildiyi görülə bilinir.[13][14] Allahın adlarından bir hissəsi də Ərəb və orta şərq mifologiyalarında qədim ilahlara verilən adlarla ortaq kök adlardan yaranır.[15][16]
İslamda Allahın çox sayda adı vardır. Kəlamçılar tövhidə görə Allahın özü, adı və sifətləri nədir, bu ad və sifətlər Allahın zatının eynisimi, yoxsa qeyrisimi olduğu mövzusunda uzun fikir mübarizələri etmişdirlər. Onlara görə tövhidə görə problemlər bunlar idi:
Tövhid La ilahə illəllah cümləsi ilə ifadə edilən, Allahdan başqa tanrıları rədd edib tanrı olaraq sadəcə onu qəbul etmək mənasına gələn bir qanundur. İslama girişin açarı qəbul edilir: "Kim tağutu inkar edib Allaha iman edərsə, şübhəsiz qopmayan sağlam bir qulpa yapışıb." (Bəqərə-256)
Tövhid Allahın varlığına, təkliyinə, bütün yetkin xüsusiyyətin özündə toplandığına, bərabəri və bənzəri tapılmadığına inanmaqdır. Bu inancı açıqlayan La ilahə illəllah cümləsinə kəlmeyi-tövhid deyirlər və tez-tez təkrarlayırlar. Tövhidə inanan şəxs mömin və əlmüvəhhidi adını alır.
Üluhiyyətin başqaları üçn rədd edilməsi, tanrılığı sadəcə ortağı olmayan Allaha aid etməyi və onun yanında ikinci bir tanrıya sahib olmamağı tələb edir: "Allaha ibadət edin və ona heç bir şeyi ortaq qoşmayın…" (Nisa-4/36) "… Biz hər ümmətə, yalnız Allaha qulluq etmələri və tağutdan da çəkinmələri üçün Rəsul göndərdik." (Nəhl-16/36) Bütün rəsulların qövmlərinə dəvət etdikləri söz budur: "…Ey qövmüm! Allaha qulluq edin. Sizin ondan başqa tanrınız yoxdur…" (Əraf-7/59)
Tağutu rədd etmək, Allahın əmr və qadağasına tərs düşən şeytanı rədd etməkdir. "La ilahə illəllah" deməklə şəxs ibadətdə Allahı birlədiyini, Allahdan başqalarına, bütlərə, qəbrlərə, övliyalara və salehlərə ibadət etməyin batil olduğunu elan edir. Allaha yaxınlaşmaq üçün ölülərə qurban kəsən, türbələrdən kömək istəyən, qəbrlərin ətrafını təvaf edən və əhd həsr edənlər, Allahın yaradıcı və hər şeyin sahibi olduğuna inansalar bele, Ərəb paqanlar kimi Allaha ortaq qoşmuş olurlar. Məkkə paqanları, qəbrlərə və bütlərə sitayiş etmədiklərini deyir, fəqət tətbiqdə əksini edirlər. Onlar yaradıcı və ruzi verici olduğuna inanmadıqları halda, sırf özlərini Allaha daha çox yaxınlaşdırsınlar deyə saleh olduğuna inandıqları bəzi şəxslərə ibadət edirlər.
Tövhidi şəriət baxımından müzakirə edənlərə görə ibadət bütün məsələlərdə Allahın hökmlərini qəbul edib bəşəri qanunları rədd etmək, insan və cin şeytanlarının rəvaca çıxartdığı bütün xurafatları və bidatları ortadan götürmək bu kəlmənin əməli lazım olanlarındandır. Allahın öz endirdiyi şəriətlə hökm etməyənlər haqında kafir, zalım, fasiq deyə hökm verdiyinə inanılır.