Ətaullah əfəndi Şanızadə

Mehmed Ətaullah əfəndi Şanızadə (d.1771-ö.1826)—Osmanlı tarixçisi və modern tibbin öncüsü, şair.

Mehmed Ətaullah əfəndi Şanızadə 1771-ci ildə İstanbulda dünyaya gəlmişdi. Doğum tarixi tam olaraq dəqiq deyilsə də əsasən 1771-ci ildə doğulduğu qəbul edilir. Ancaq qaynaqlar, Şanizadənin 18 məhərrəm 1200-cü ildə (21 noyabr 1785) tədris icazənaməsini alıb müdərris olduğunu qeyd etdiyinə və on dörd-on beş yaşları müdərrislik üçün biraz erkən sayılacağına görə doğum tarixinin bundan bir neçə il daha geriyə getdiği söylənə bilər. Özəlliklə fiqh sahəsindəki bilgisiylə tanınan atası Hacı Mehmet Sadıq Əfəndi müdərrisliklərdə olmuş, Mədinə qazılığı sırasında vəfat etmiş (1791), bir çox risaləsi yanında məhkəmələrdə mötəbər bir əsər olaraq qəbul görən "Bədayius-sukuk"ü (Sakk-i Şanizadə, Şanizadə Sakki [İstanbul, 1284]) yazmışdır. Ailənin Şanizadə deyə anılması babasının atası Əhməd Əfəndinin “Daraqçı” ləqəbiylə tanınmasındandır. Kəlimə daha sonra Farsca qarşılığı olan “Şani” biçiminə dönmüşdür.

Şanızadə, elmiyə məsləyinə intisap etdikdən sonra Halıcıoğlu Mühəndisxanəsi və Süleymaniyə Tibb Mədrəsəsində təhsilini davam etdirdi. Daha öncə öyrəndiyi ƏrəbFars dilləri ilə bərabər İtalyanca, FransızcaRumcanı da öyrəndi. Özəlliklə Latıncanı çox yaxşı bildiyi söylənir. 1821-ci ildə Moradakı Rum üsyanının ardından Divan-i Hümayun tərcümanlığı üçün müsəlmanlardan bir nəfər aranırkən Məclis-i Vükəlada onun da adı keçdi. Şanızadə Mehmet müdərris olmaya haq qazandıqdan sonra öncə ibtida-i xaric dərəcəsiylə Örəkəzadə mədrəsəsinə təyin edildi. 15 məharrəm 1205-ci ildə (24 sentyabr 1790) ibtida-i daxil rütbəsiylə Saniyə-i Fatıma Sultan, 7 məhərrəm 1208-ci ildə (15 avqust 1793) harəkət-i daxil dərəcəsiylə Dərsiyyə-i Xanə-i Ümmüxani, 11 Rəbiülaxir 1211-ci ildə (14 oktyabr 1796) musılə-i Sahn dərəcəsiylə Bəyaziddəki Sahhaf Qaraca Əhməd mədrəsələrində müdərris oldu. 15 rəcəb 1218-ci ildə (31 oktyabr 1803) ibtida-i altmışlı dərəcəsiylə Müftü Hüseyn Əfəndi Mədrəsəsinə təyin edildi. 15 şəvval 1220-ci ildə (6 yanvar 1806) harəkət-i altmışlı dərəcəsinə yüksəldi. 13 zilqədə 1223-cü ildə (31 dekabr 1808) musılə-i Süleymaniyyə dərəcəsiylə Xoca Xeyrəddin və "Xaqaniyyə-i Vəfa" mədrəsələrinə keçdi. 1 cəmaziyəlahir 1231-ci ildə (29 aprel 1816) Çorlu mədrəsəsi müdərrisliyi onda olmaq üzrə Xəvass-i Rəfia (Əyüb) qazısı oldu. 1 cəmaziyəlaxir 1232-ci ildə (18 aprel 1817) işdən çıxarıldı və ona Məkkə qazılığı rütbəsi verildi. 3 rəbiülaxir 1232-ci ildə (20 fevral 1817) həyat boyu müfəttiş-i sədr-i ali olaraq vəzifələndirildi. Ancaq 9 məhərrəm 1237-ci ildə (6 oktyabr 1821) vəzifəsinə son verildi. Şaızadənin 13 zilhiccə 1241-ci ildə (19 iyul 1826) Məkkə payəsi və Mənəmən arpalığı ilə əməkli oldu.

Vaqiyənevis mütərcim Asım Əfəndinin 9 səfər 1235-ci ildə (27 noyabr 1819) İstanbulda vəbadan ölməsi üzərinə II Mahmud, Şanızadəni 15 səfər 1235-ci ildə (3 dekabr 1819) şəxsən seçib vaqiyənevisliyə gətirdi. Bu vəzifədəykən öncə tarixin faydası və dəyəri haqqında bir müqəddimə yazıb padşaha təqdim etdi. Bunun bəyənilməsiylə arzu etdiyi kimi II Mahmudun cülus tarixi olan 28 iyul 1808-ci ildən etibarən əsərini qələmə almağa başladı və sentyabr 1821-ci ilə qədər gətirdi. Yazmağa imkan tapmadığı 1821-1826-cı il vəqayiinə aid qeydləri xələfi Sahaflar Şeyxizadə Mehmet Əsəd Əfəndiyə verdi. Onu rəqib görən Mustafa Behcət Əfəndinin və başqalarının səyiylə sentyabr 1825-ci ildə vaqiyənevislikdən çıxarıldı.

Yeniçəri ocağının ortadan qaldırılması sırasında Bəktaşiliyin də yox edilməsinə girişildiyindən Şanızadə, Beşiktaş Cəmiyyət-i elmiyyəsinə mənsubiyətindən dolayı 9 zilqadə 1241-ci ildə (15 iyun 1826) Bəktaşi olduğu irəli sürülərək arpalığı olan Tirəyə sürgün edildi. İki ay sonra da burada vəfat etdi.