Əvəz Məmmədov (deputat)

Əvəz Musa oğlu Məmmədov (dekabr 1927, Aşağı Yağlıvənd, Qaryagin qəzası29 oktyabr 2006, Aşağı Yağlıvənd, Füzuli rayonu) — Lenin ordenli zəhmət adamı, Azərbaycan SSR Ali Sovetinin deputatı.

Əvəz Məmmədov
Əvəz Musa oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Aşağı Yağləvənd, Qaryagin qəzası
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Aşağı Yağləvənd, Füzuli rayonu
Təhsili
Fəaliyyəti pambıqçı
Mükafatları "Lenin" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Əvəz Musa oğlu Məmmədov dekabr 1927-ci ildə Qaryagin rayonunun Aşağı Yağləvənd kəndində dünyaya göz açmışdı. Böyük Bəhmənli kənd orta məktəbini bitirmişdi. Hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra Araz Yağləvənd kəndində pambıqçılıq briqadiri işləmişdi. Yağləvənddə sədr müavini işləyə-işləyə Gəncə Kənd Təsərrüfatı institutunu qiyabi yolla aqronomluq fakültəsini bitirmişdi. Bundan sonra Kərimbəyli-Yağləvənd birləşmiş kolxozunda kolxoz sədri vəzifəsində işləmişdi.

Yaxşı işinə görə rayon təşkilatı tərəfindən təşəkkürlər almışdır. Dəfələrlə kənd və rayon deputatı seçilmişdir. Sonralar 8-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Daha sonra 6 kəndin birləşdiyi Kənd sovetinin sədri olmuşdur. Qazandığı nailiyyətlərə görə görə Lenin ordeni və medallarla təltif olunmuşdur.

Əvəz Məmmədov 29 oktyabr 2006-cı ildə vəfat edib.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Alısəfərli tayfası, "Soy" elmi-kütləvi dərgi, 2011, №4, səh.20-22;
  • Ənvər Çingizoğlu, Cavanşir eli: Yağləvəndlilər, Bakı: Mütərcim, 2016.