Əyilmiş dəvəqıran

Krım, Qara dəniz ətrafı, Don, Volqa çaylarının kənarları, Dağıstan, Şərqi Zaqafqaziya, Emba və Ural çayları ətrafında yayılmışdır.

Əyilmiş dəvəqıran
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Əyilmiş dəvəqıran
Beynəlxalq elmi adı

Təbii yayılması:

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri:

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 50-80 sm olan, şaxələnmiş budaqlı, alçaq koldur. Budaqları nazik, düz, uzunsov, yuxarıya istiqamətlənmiş, əsasən iynəsizdir. Üzəri sarımtıl və ya qırmızımtıl-qonur, qabığı isə ağımtıl, çatlayan üst qabıqla örtülmüşdür. Yarpaqları qısa saplaqlı, xırda, uzunluğu 4-8 mm, yumru-ürəkvari, oval, ellipsvaridir. Çiçək qrupu yan salxımdır. Bir neçə, əsasən 2-6 salxım dəstələrlə yarpaqların qoltuqlarında yığılmışdır. Çiçəkyanlığı parlaq, çəhrayı, ağ kənarlı, meyvələrdə uzunluğu təxminən 8 mm-dir. Meyvəsinin ucu biz, bir az hamar, açıq qonur, yumurtavari qozadır. May-iyulda çiçəkləyir, meyvəsi avqustda yetişir.

Kserofit, kalsiefildir. Yamaclarda təbaşir substratında rast gəlinir, ancaq xırda qumla qarışığı olan təbaşirdə yaxşı inkişaf edir. Quru, daşlı və təbaşirli yamaclarda, gilli torpaqlarda, dəniz sahilində bitir.

Azərbaycanda yayılması:

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda və Xəzər dənizyanı ərazilərdə təbii halda yayılmışdır.

Gələcəkdə yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadəsi tövsiyə olunur.

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov

Məlumat mənbələri

[redaktə | mənbəni redaktə et]
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh