Əyilmiş zirinc

Əyilmiş zirinc (lat. Berberis aggregata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Əyilmiş zirinc
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qərbi Çində yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları bir az künclü, çılpaq, sarımtıl-qonur və ya tünd qonurdur. İynələri əsasən sadə, bəzən 2,5 sam-dək uzunluqdadır. Yarpaqları enli, oval və qısa, uzunluğu 3 sm-ə qədər olan biz, dişli, üstü tünd-yaşıl təxminən çılpaq, alt tərəfi tükcüklü və parlaq yaşıl, salxımlara yığılmış çiçəkləri ilə fərqllanir. Çiçəkləri açıq-sarı, diametri 0,9 sm-dəkdir. Meyvələri oktyabrda yetişir.

Torpağa tələbkar deyil, quraqlığa, soyuğa davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərdəkan Dendrarisində 1997-ci ildə introduksiya edilmişdir. Bəzi rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir.

Tək və qrup əkinlərində istifadə edilməklə yanaşı, təsərrüfat əhəmiyyətlidir.