Əyləncə parkı (ukr. Парк розваг, парк атракціонів) — Ukraynanın Kiyev vilayətinin tərk edilmiş Pripyat şəhərində yerləşən şəhər parkı. Çernobıl AES-də baş vermiş qəza səbəbindən fəaliyyət göstərmir.[1][2]
Əyləncə parkı | |
---|---|
| |
Məlumatlar | |
Yerləşməsi | Pripyat, Kiyev vilayəti, Ukrayna |
Koordinatları | 51°24′29″ şm. e. 30°03′25″ ş. u. |
Yaradılıb | 1986 |
Statusu | fəaliyyət göstərmir, tədricən dağılır |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Park şəhərin mərkəzində — univermaq, "Energetik" mədəniyyət sarayı və "Polesye" mehmanxanası binalarının arxasındakı sahədə yerləşir.
Parkın ərazisində olan ən məşhur obyekt, sonralar Pripyatın əsas rəmzlərindən birinə çevrilmiş şeytan çarxıdır. Şeytan çarxı heç vaxt işləməyib; o, 1986-ci il mayın 1-də işə salınmalı idi, lakin attraksionun istismarına 5 gün qalmış Çernobıl AES-də qəza baş verib.[3][4]
Şəkil | Attraksion | Qeyd |
---|---|---|
Şeytan çarxı | ||
Yelləncək və karusel | Şəkildə solda yerləşirlər | |
Avtodrom |