Əylisçay — Ordubad rayonu ərazisində çay. Arazın sol qolu.[1]
Əylisçay | |
---|---|
Ölkə | |
Mənsəbi | Araz |
Uzunluğu |
|
Hövzəsinin sahəsi | 58 km² |
Uzunluğu 24 km, hövzəsinin sahəsi 58 kv. km-dir. Zəngəzur silsiləsindəki Xoşlu dağından (3100 m hünd.-dən) başlanır. Əsasən qar suları və yeraltı sularla qidalanır. Sel və daşqınlar olur. Suvarmada istifadə edilir. Əylis çayının üzərində müxtəlif vaxtlarda yüksək inşaat texnikası səviyyəsində dörd körpü tikilmişdir. Orta əsr Əylis yaşayış məntəqəsi çayın hər iki sahilində yerləşirdi.[1]